22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Manşet / Maqazin 20.04.2019 410

Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağaların qeyri-rəsmi nikahdan olan qızı Pərvanə Dostəliyeva arasında qalmaqal getdikcə daha da böyüyür. 

Ağalar Dostəliyev Axşam.az-a zəng edərək, qızına ünvanladığı məktibi təqdim edib. Onun məktubunu olduğu kimi təqdim edirik:

"Pərvanə, belə də gündəmə gəlmək olar? Sizə deyiblər ki, Nazpəriyə ilişsəniz məşhur olacaqsız?. Belə böhtandansa, Aygün, Röya, Rəqsanə kimi oxumağa səsiniz olmasa da, soyunub məşhur olardın. Anan deyir ki, gəl, arxivi açaq. Get, filarmoniya bağında oxuyan musiqiçilərdən soruş, ananın arxivini deyəcəklər sənə. 

Anan kişi toylarında mahnı oxuyurdu, sərxoş olurdu, oynayırdı. Bunu mənə musiqiçilər danışırdı. Rayon toylarına gedən kişi musiqiçilərindən soruş. "Fars mahnısı oxuyan Şəhla" deyiblər ona. Ananın məndə bir şəkli var. 1983-cü ildə onu mənə ananın padruqaları verib, hələ də məndədir. Bu şəkli internetə göndərə bilərdim, qıza yazığım gəlir. 

Bir azdan qızın da deyər, babam məni zorlayıb. Bir nəsli necə zorlaya bilərəm? Zorroyam? İlhamə sağ olsaydı, sizə yaxşı titullar verərdi. Yaxşı ki, demədiz, nənəm Lətifəni də zorlayıb. Uşağın olsa, adını "təcavüz" qoyun. Həbsxana, dəlixana sizin üçün yaranıb. Dəlixanada olmasan da, həbsxanada olmusan. Yaxında dəlixanaya da düşərsən. 

Şəklimə gəldikdə isə... Bacım Zeynəb yalvardı ki, uşaqları apar bulvara. Orada gördüm ki, ananla sən də gəzirsən. Anan xahiş etdi ki, uşaqlarla şəkil çəkdirim. Mən də çəkdirdim. Həmin orda anan bir rəfiqəsi ilə görüşdü. Qız mənə dedi ki, gözəl oğlansan, bunla gəzib, özünü biabır etmə. Rəfiqəsi ilə saçyolduya çıxdılar. Mən də uşaqları götürüb uzaqlaşdım. 

1995-ci il idi... Mən həmişə barda olurdum. Şəhla onda da yanıma gəlirdi. Hətta bir dəfə qardaşını döyməyimi istəyirdi, dedim ki, get işinlə məşğul ol".

Qeyd edək ki, Pərvanə atasının ona 6 yaşında təcavüz etdiyini, bibisi Nazpərinin isə ona bütün kanallarda qadağa qoydurduğunu deyib.






Starxeber Bizi instagramda izləyin