14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
“Qafqaz Albaniyası: dini və sosial həyatı” mövzusunda X beynəlxalq konfrans keçirilir
Siyasət 14.04.2023 121

Bakıda "Qafqaz Albaniyası: dini və sosial həyatı" mövzusunda X beynəlxalq konfrans keçirilir.


Operativ24 xəbər verir ki, tədbirin təşkilatçıları Bakı Beynəlxalq Multukulturalizm Mərkəzi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu və Alban-udi xristian icmasıdır.

Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Tarix İnstitutunun baş direktoru Kərim Şükürov və başqa ictimaiyyət nümayəndələr iştirak edir.

Tədbirin keçirilməsində məqsəd dünya Albanşünaslığının görkəmli nümayəndələrini bir araya gətirməklə səmərəli elmi müzakirələr təşkil etməkdir. Qafqaz Albaniyasında xristianlığa qədərki dinlər, xristianlıq, İslam sivilizasiyası, sosial həyatın xüsusiyyətləri mövzularını əhatə edən konfransda "Tarixi coğrafiya. Əhali və sosial həyat", "Qafqaz Albaniyası xristianlığaqədərki və xristianlıq dövründə", "Qafqaz Albaniyası: Coğrafi paralellər, iqtisadi və mədəni həyat", "Qafqaz Albaniyası: Məbədlər və abidələr" adlı bölmə iclaslarında müzakirələr aparılacaq.

Bölmə iclaslarında Türkiyə, Cənubi Koreya, Rusiya, İtaliya, Almaniya, Gürcüstan, Böyük Britaniya, Norveç, Litvanı təmsil edən tədqiqatçı alimlər, mövzunun mütəxəssisləri Albaniya tarixinin müxtəlif məsələləri ilə bağlı məruzələrini səsləndirəcəklər.

Qeyd edək ki, Azərbaycan Qafqaz Albaniyasının tarixi və etnik-mədəni irsinin sistemli tədqiqi üzrə dünyada əsas tədqiqat mərkəzi rolunu oynayır.






Starxeber Bizi instagramda izləyin