İdman
14.04.2023
111
Bu gün Misli Premyer Liqasında 30-cu tura start veriləcək.
Operativ24 xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Zirə" "Səbail"i qəbul edəcək. Görüş saat 17:30-da başlayacaq.
Digər oyunda isə "Neftçi" doğma meydanda "Qəbələ" ilə qarşılaşacaq. Bu oyun saat 20:00-da start götürəcək.
Qeyd edək ki, turun digər matçları 15 və 16 aprel tarixlərində keçiriləcəklər.
Misli Premyer Liqası, 30-cu tur
14 aprel (cümə)
17:30. "Zirə" - "Səbail"
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Zöhrab Abbasov, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu
20:00. "Neftçi" - "Qəbələ"
Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Şirmamed Mamedov, Rəşad Əhmədov
"Bakcell Arena".
15 aprel (şənbə)
16:00. "Kəpəz" - "Turan Tovuz"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
16 aprel (bazar)
16:00. "Şamaxı" - "Sumqayıt"
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı
Şamaxı şəhər stadionu
19:00. "Sabah" - "Qarabağ"
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev
"Bank Respublika Arena".