14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Füzulidəki su anbarlarının təmir-bərpası oktyabrda başa çatdırılacaq
Sosial 14.04.2023 187

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində "Köndələnçay-1", "Köndələnçay-2" və "Aşağı Köndələnçay" su anbarlarında, selötürücü kanallarda və Quruçayda təmir-bərpa işlərini bu ilin oktyabr ayında başa çatdırmağı planlaşdırır.


Operativ24 xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Bildirilir ki, 30 il baxımsız qaldığı üçün hər 3 anbar qəzalı vəziyyətə düşüb. Buna görə də anbarların suyu boşaldılıb, bəndlərdə, suburaxıcı qurğularda, sel ötürücü kanallarda təmir işləri həyata keçirilir. İşlər paralel olaraq hər 3 anbarda aparılır.

Quruçay mövsümü gələn çay olduğu üçün daha çox yaz aylarında sel gəlir. Ona görə də üzərində qoruyucu bənd də tikilir, sipərlər yenilənir, suaşıran beton üzlüyə alınır və su təmizləyici qurğu da betonlanır. Çayda su anbara gedəcək səviyyədən çox olarsa bunun üçün əlavə suburaxıcı da quraşdırılır ki, onun vasitəsilə əlavə su çayın məcrasına ötürüləcək.

Köndələnçay-1 su anbarı 3,9 milyon kubmetr, Köndələnçay-2 su anbarı 2,1 milyon kubmetr, Aşağı Köndələnçay su anbarı isə 9,5 milyon kubmetr su tutumuna malikdir. Anbarların bərpası başa çatdıqdan sonra sudan Füzuli rayonunun həm işğaldan azad edilmiş, həm də işğal olunmamış kəndlərinin sakinləri yararlanacaq.






Starxeber Bizi instagramda izləyin