14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Azərbaycanda federasiyanın yeni prezidenti baş katibi vəzifəsindən uzaqlaşdırdı
İdman 12.04.2023 198

Azərbaycanda federasiyanın yeni prezidenti baş katibi vəzifəsindən uzaqlaşdırdı

Azərbaycan Voleybol Federasiyasının (AVF) İdarə Heyətinin iclası keçirilib.

AVF-nin mətbuat xidmətinin yaydığı məlumata görə, görüşdə federasiyanın prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev, Bəhruz Quliyev və idarə heyətinin üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə qurumun prezidenti Şahin Bağırov açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İclasda ilk olaraq baş katib vəzifəsi ilə bağlı müzakirə aparılıb. İdarə Heyətinin qərarı ilə AVF-nin Baş katibi Fərid Xəlilov tutduğu vəzifədən azad edilib. Qərara əsasən, bu vəzifənin icrası müvəqqəti olaraq Faiq Orucova tapşırılıb.

Daha sonra İdarə Heyətinin üzvləri çıxış ediblər. Çıxışçılar voleybolun inkişafı ilə bağlı müzakirələr aparıblar, federasiyanın qarşısında duran vəzifələrdən, görüləcək işlərdən danışıblar. Bildirilib ki, bu istiqamətdə yeni layihələr hazırlanmalı və voleybolun ölkəmizdə populyarlığının daha da artırılması üçün bir sıra işlər görülməlidir.

İdarə Heyəti çıxışlar və müzakirələrdən sonra görüləcək işlərlə bağlı müvafiq qərarlar qəbul edib.

Xatırladaq ki, Şahin Bağırov dünən Voleybol Federasiyasının prezidenti seçilib.






Starxeber Bizi instagramda izləyin