10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
İslahatlar və zəfərlərlə zəngin 5 il
Sosial 11.04.2023 207


11 aprel Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkisində qalib gəlməsindən 5 il keçir.

2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Azərbaycan Respublikası Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilərək, dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılıb və Azərbaycan Respublikası Prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı – növbədənkənar prezident seçkisini elan etmək səlahiyyəti verilib.

Azərbaycan Prezidenti İlham Əliyev Konstitusiya səlahiyyətindən istifadə edərək 2018-ci il 5 fevral tarixli sərəncamı ilə növbədənkənar Prezident seçkisi elan edib.

11 aprel 2018-ci il tarixində keçirilən seçkilərdə Azərbaycan xalqı hər zaman olduğu kimi prezident İlham Əliyevə güvənini və dəstəyini bir daha əyani şəkildə sübut etdi. Seçicilərin mütləq əksəriyyətinin etimadını qazanan İlham Əliyev növbəti müddətə prezidentlik vəzifəsini icra etməyə başladı.

Andiçmə mərasimi zamanı dövlət başçısı çıxışında əslində Azərbaycan üçün tam yeni mərhələnin başlanmasının mesajlarını təqdim etdi və bu mesajlar tezliklə nəinki ölkəmizdə, dünya tərəfindən böyük heyrətlə qarşılanacaqdı.

İlham Əliyev üçün prioritetlər kimi əsas məsələlər ölkədə iqtisadiyyatının inkişafı, Azərbaycanın bütün sahələrdə mövqeyinin güclənməsi, xalqın sosial rifahının daha da yüksəldilməsi, islahatlar və torpaqlarımızın ən qısa zamanda işğaldan azad olunması idi. Xüsusilə son 2 məqam daha çox diqqət cəlbedir.

Prezident seçkilərindən dərhal sonra Azərbaycan tarixində indiyə kimi görülməyən islahatlara start verildi və hal-hazırda bu proses davam etməkdədir.

Prezident İlham Əliyev hər zaman çıxışlarında inkişaf və operativlik fikirlərini diqqətdə saxlayaraq, buna nail ola bilməyən məmurlarla işləməməyi dəfələrlə qeyd edib. Məhz islahatlar çərçivəsində dövlət və xalqın mənafeyini təmin etməyən, öz işlərinin öhdəsindən gələ bilməyən, korrupsiya əməlləri ilə məşğul olan məmurlar vəzifələrindən azad edilir, onlarla bağlı hüquqi qanunvericiliklə əməlləri araşdırılır. İslahatların geniş və sürətli şəkildə keçirilməsi sözsüz ki, xalqımız tərəfindən də alqışlanır. Bugün bir çox dövlət qurumlarında rəhbərlik gənc kadrlara təqdim edilib ki, bu da dövlətimizin Azərbaycan gəncliyinə güvəninin əyani sübutudur.

Sözsüz ki, 5 il ərzində Azərbaycan xalqı və dövlətimiz üçün ən unudulmaz məqamlardan biri 2020-ci ildə 30 illik həsrətimizin bitdiyi Vətən müharibəsi oldu. Ali Baş Komandanın rəhbərliyində şanlı Azərbaycan ordusu tərəfindən 44 gün ərzində ermənilər tərəfindən işğal edilən əzəli Azərbaycan torpaqlarının azad edilməsi ilə ölkəmizin ərazi bötüvlüyü yenidən bərpa olundu.

Müharibədən sonra ölkə başçısının göstərişi ilə dərhal həmin ərazilərdə sürətli şəkildə bərpa və yenidənqurma işlərinə start verildi, hazırda da bu proses davam etdirilməkdədir. Təsadüfi deyil ki, artıq Zəngilanda Ağalı kəndində məcburi köçkünlər öz torpaqlarına qayıdıb, bu il ərzində Laçın və Şuşaya da əhalinin mərhələli şəkildə köçürülməsi planlaşdırılır. Bu da ölkə başçısı və dövlətimizin sabiq məcburi köçkünlərin öz torpaqlarına qayıdışına göstərdiyi diqqət və qayğının təcəssümüdür.

Qeyd etməliyəm ki, bu il həm də İlham Əliyevin ölkəmizə rəhbərlik etməsinin 20 ili tamam olur. Bu müddət ərzində Azərbaycan istər daxili, istərsə də beynəlxalq arenada yetərincə inkişaf etdi, formalaşdır və öz sözünü deməyi bacardı. Bu isə xalqımızın dövlətinə və onun başçısına güvəni və etimadı ilə reallaşıb. Görülən işlər deməyə əsas verir ki, ölkəmiz vplanlaşdırılmış şəkildə bütün məqsədlərinə nail olacaqdır.

Rəşad Bayramov

“İctimai.az” İnformasiya portalının rəhbəri

Yeni Azərbaycan Partiyasının üzvü, YAP Nəsimi rayon təşkilatı ƏPT sədr müavini






Starxeber Bizi instagramda izləyin