14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Nazir müavini: “Qazaxıstanda Azərbaycanın ticarət evlərinin sayını artırmaq lazımdır”
Sosial 5.04.2023 142

“Qazaxıstanda Azərbaycanın ticarət evlərinin sayını artırmaq lazımdır”.


Bunu "Report"a açıqlamasında Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kairat Torebayev deyib.

O, Astanada Azərbaycan Ticarət Evinin, Aktauda isə onun nümayəndəliyinin fəaliyyət göstərdiyini vurğulayıb. 

"Ticarət Evinin Qazaxıstanın işgüzar paytaxtı olan Almatıda da təmsil olunmasını tövsiyə edərdim", - deyə Qazaxıstan rəsmisi qeyd edib. 

Onun sözlərinə görə, ticarət evinin açılması ikitərəfli ticarətin inkişafına yönəlib və Qazaxıstan bu tədbirləri dəstəkləyir. 

"Azərbaycan və Qazaxıstan mühüm ticarət tərəfdaşlarıdır, biz geniş spektrli məsələlər üzrə rəqabət aparmırıq, əksinə, bir-birimizi tamamlayırıq. Lakin bu baxımdan ticarətin həcmi çox kiçikdir və potensiala uyğun deyil", - nazir müavini deyib.

K.Torebayev Qazaxıstanda Azərbaycan Ticarət Evinin açılışında şəxsən iştirak etdiyini də əlavə edib: "Bu, mənim üçün əlamətdar hadisə idi. Ölkələrimizin ticarət, mədəniyyət və digər sahələr üzrə daha da yaxınlaşdırılması üçün qardaşlarımızın atdıqları addımlara həmişə sevinirəm".

Nazir müavininin sözlərinə görə, ticarət evinin böyük perspektivləri var, çünki ticarət dövriyyəsi həmişə alıcının məlumatlılığı ilə bağlı olur. 

"Dinamik inkişaf edən Azərbaycan biznesi ilə bağlı Qazaxıstanda mövcud olan məlumat boşluğu aradan qaldırılmalı olan maneədir", - Torebayev deyib.

O, bir gün əvvəl Azərbaycan şirkətlərinin nümayəndələri ilə görüşdüyünü və onların neft kimyası, bank işi və s. üzrə məhsulları ilə tanış olduğunu da bildirib.






Starxeber Bizi instagramda izləyin