14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
“Sağlam Ailə” Tibb Mərkəzi Azərbaycan səhiyyə sistemində bir ilkə imza atıb
Sosial 4.04.2023 159

Beynəlxalq Laboratoriyaların Akkreditasiya Assosiasiyasının (ILAC) tamhüquqlu üzvü olan Türkiyə Akkreditasiya Qurumunun (TürkAK) apardığı yoxlamalar nəticəsində “Sağlam Ailə” Tibb Mərkəzi Azərbaycanda TÜRKAK akkreditasiyalı ilk tibbi laboratoriya statusu qazanıb.


TS EN ISO 15189 keyfiyyət nişanı tibbi laboratoriyalarda təhlükəsizliyi, pasiyentlərin və müalicəyə birbaşa cavabdeh olan klinik heyətin tələb etdiyi dəqiqliyi və keyfiyyətli xidmət göstərməyi əhatə edir.

Sertifikatı Türkiyə Akkreditasiya Qurumunun Baş katibi Banu Müderrisoğlu “Sağlam Ailə” Tibb Mərkəzinin İcraçı direktoru Nigar Rüstəmliyə təqdim edib.

Fəaliyyətində xidmətlərini daima təkmilləşdirməyə xüsusi önəm verən və pasiyentlərinə yüksək keyfiyyətli xidmət göstərən “Sağlam Ailə” Tibb Mərkəzi üçün pasiyentlərin məmnunluğu və xidmətlərə qarşı loyallığı müstəsna əhəmiyyət daşıyır.

Məhz bu səbəbdən, “Sağlam Ailə” Tibb Mərkəzi yarandığı gündən etibarən keyfiyyətli və dəqiq nəticəyə istiqamətlənmiş laborator xidmət üzrə ölkədə innovativ metodları tətbiq etməyə davam edir.

“Sağlam Ailə” Tibb Mərkəzi 2014-cü ildə ISO 15189:2012 sertifikatına da layiq görülüb.

2003-cü ildə fəaliyyətə başlayan mərkəz bu illər ərzində sürətli inkişaf yolu keçərək Azərbaycan səhiyyə sistemində özünəməxsus yer tutub. Mərkəzin qısa müddət ərzində əldə etdiyi nailiyyətlər, etibar edilən bir tibb müəssisəsi kimi nüfuz qazanması uğurlu məqam kimi qiymətləndirilə bilər.

"Sağlam Ailə" laboratoriyası ISO 9001:2008, ISO 15189:2012 keyfiyyət və akreditasiya sertifikatlarını alıb. 6 000-dən artıq müxtəlif növdə müayinələr aparılan laboratoriya Yaponiya, ABŞ, Almaniya və s. ölkələrin aparıcı şirkətlərinin istehsalı olan yüksək texnologiyalı və keyfiyyətli avadanlıqlarla təchiz olunub.

Hazırda mərkəzin Bakı, Gəncə və Sumqayıt şəhərlərində 5 filialı fəaliyyət göstərir.






Starxeber Bizi instagramda izləyin