Sosial
1.04.2023
157
“Gənclər universitet bitirib, 5 ildən bir təkmilləşdirmə kursları keçərək kifayətlənməməlidirlər”.
Bu sözləri Əməkdar elm xadimi, professor Rəna Əliyeva Aprelin 1-də Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Stomatoloji Assosiasiyasının (ASA) birgə təşkilatçılığı ilə ASA-nın 25 illiyinə həsr olunmuş konfranslar silsiləsi çərçivəsində “Stomatologiyanın aktual problemləri” mövzusunda XXIII beynəlxalq elmi-praktik konfransında jurnalistlərə açıqlamasında deyib.
Professor həkimlərin öz üzərində çalışmasını xüsusi vurğulayıb:
“Həkim öz üzərində daima işləməli, özünü hər gün inkişaf etdirməlidir. İnkişafın da növlərindən biri budur ki, konfranslarda, simpoziumlarda, seminarlarda iştirak etsinlər ki, nəzəri və praktiki biliklərini artırsınlar.
Bizim də məqsədimiz budur. Bizim assosiasiyası bu yöndə böyük işlər görür, əhali arasında, tələbələr arasında, eyni zamanda həkimlər arasında maarifləndirmə işləri aparır. Bu tədbir də bizim 25 illik yubileyimiz ərəfəsində baş tutur, bundan öncə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir baş tutmuşdur. Bu gün də bizim silsilə tədbirlərimizin davamıdır. Burda da əsas mövzular müzakirəyə çıxarılıb”.