15:57 Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi  |     15:18 Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: "Xəstə uşağım var" adı ilə vətəndaşları belə aldadır- ŞOK FAKTLAR  |     18:08 Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib  |     16:51 "Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən rayonunun sakinləri olub  |     16:49 Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər  |     16:47 Kaspersky Azərbaycanda uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqləri açıqlayıb  |     16:44 Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib  |     16:39 Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK  |     16:58 “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib  |     12:50 Azərsu xırda borclar görə insanları susuz qoyub - ŞİKAYƏT  |     19:34 Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən  |     17:02 Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda  |     16:29 Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  |     15:19 "BTQ" dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir  |     14:28 Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi - Birgi  |     13:05 "Sabah"ın kapitanı gecə həyatına başladı - Murad Musayev hansı tədbir görəcək? - ŞOK  |     12:48 Tom Odell Bakıda ilk dəfə konsert verəcək  |     14:34 Sıla Bakıda konsert verəcək  |     13:04 Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək  |     13:03 Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib  |    
“Stomatologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb
Sosial 1.04.2023 163

Aprelin 1-də Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti və Azərbaycan Stomatoloji Assosiasiyasının (ASA) birgə təşkilatçılığı ilə ASA-nın 25 illiyinə həsr olunmuş konfranslar silsiləsi çərçivəsində “Stomatologiyanın aktual problemləri” mövzusunda XXIII beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransın açılışında çıxış edən ASA-nın prezidenti, Azərbaycan Tibb Universitetinin uşaq stomatologiyası kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Rəna Əliyeva Azərbaycanda diş həkimliyinin tarixinin çox qədim olduğunu, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı Dövlət Universitetinin təsis edilməsi və onun nəzdində tibb fakültəsi və ortodontologiya kafedrasının təşkili ilə diş həkimliyinin yeni bir mərhələyə qədəm qoyduğunu diqqətə çatdırıb: "1926-cı ildə Azərbaycan Diş Həkimliyi Kolleci fəaliyyətə başladı. Kollecin əsasında isə Azərbaycan Diş Həkimliyi İnstitutu təsis edildi. Beləliklə Azərbaycan Respublikasında ali diş həkimliyinin əsası qoyuldu. 1931-ci ildə həmin institut indiki Azərbaycan Dövlət Tibb Universitetinin tərkibinə daxil edilərək stomatologiya fakültəsinə çevrildi. 1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra digər sahələrdə olduğu kimi səhiyyə sistemində, o cümlədən stomatologiyada da islahatlara başlanıldı. Ölkəmizdə baş verən demokratik dəyişikliklər stomatologiya kimi sürətlə inkişaf edən tibb sahəsinə də öz təsirini göstərib. Bir çox mühüm məsələlərin həllində vacib rol oynayacaq qurumun yaradılmasına ehtiyac yaranmışdı. Bu məqsədlə 1997-ci ildə təsis edilmiş Azərbaycan Stomatoloji Assosiasiyası yaradıldığı ilk gündən öz ətrafında fəal, mütərəqqi mütəxəssisləri cəmləyib, fəaliyyətini dünya standartlarına uyğun qurub. 1998-ci il oktyabrın 8-də ASA Ümumdünya Stomatoloqlar Federasiyasına daimi üzv olub. 2005-ci ilin məlumatlarına əsasən Azərbaycanın Yaponiya, İsveç, Koreya kimi ölkələrlə yanaşı, Ümumdünya Stomatoloqlar Federasiyasının İnkişaf Fondunun donor ölkələri siyahısına daxil edilməsini assosiasiyanın fəal işinin göstəricisi hesab etmək olar".
ASA-nın fəaliyyətindən və ölkəmizdə diş xəstəliklərinin öyrənilməsi istiqamətində aparılan araşdırmalardan bəhs edən Rəna Əliyeva həyata keçirilən profilaktik tədbirlər barəsində də məlumat verib. O, stomatoloji xəstəliklərin profilaktikasının diş xəstəliklərinin yayılmasının qarşısının alınmasında effektiv üsullardan biri olduğunu deyib. Professor qeyd edib ki, profilaktikanın həyata keçirildiyi ölkələrdə diş xəstəlikləri 2-4 dəfə azalıb. R.Əliyeva kariyesin Azərbaycanda həllini tapmayan diş problemlərindən biri olduğunu da diqqətə çatdırıb. Diş xəstəliklərinin qarşısının alınması üçün ağız gigiyenasına əməl etmək bacarıqlarının kiçik yaşlarda formalaşdırılmasının vacibliyini qeyd edən professor burada maarifləndirmə tədbirlərinin əhəmiyyətini xüsusi vurğulayıb.
Tədbir təqdimat və müzakirələrlə davam edib. İsrailin Təl-Əviv şəhərindəki Elayner Diaqnostika Mərkəzinin rəhbəri Leon Belostoki, İsrail Ortodontiya Assosiasiyasının prezidenti Yoav Evgene Şapinko, Türkiyənin İstanbul Universitetinin Diş həkimliyi fakültəsinin ağız, diş, çənə cərrahiyyəsi kafedrasının professoru Burak Çankaya müxtəlif mövzularda məruzələr edib, mövzular ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, konfransın ikinci günündə iki seansdan ibarət master-klas təşkil olunacaq. Hər seans iki saat davam edəcək və 6-ya qədər həkim iştirak edəcək. Həkimlər modellər üzərində dörd texnika tətbiq edəcəklər. Onlara material və alətlər veriləcək.
Master-klas Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasının konfrans zalında keçiriləcək.
Konfrans Ümumdünya Stomatoloqlar Federasiyasının davamlı təhsil proqramının "Global Education" Proqram dəstəyi ilə həyata keçirilir.






Starxeber Bizi instagramda izləyin