15:57 Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi  |     15:18 Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: "Xəstə uşağım var" adı ilə vətəndaşları belə aldadır- ŞOK FAKTLAR  |     18:08 Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib  |     16:51 "Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən rayonunun sakinləri olub  |     16:49 Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər  |     16:47 Kaspersky Azərbaycanda uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqləri açıqlayıb  |     16:44 Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib  |     16:39 Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK  |     16:58 “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib  |     12:50 Azərsu xırda borclar görə insanları susuz qoyub - ŞİKAYƏT  |     19:34 Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən  |     17:02 Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda  |     16:29 Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  |     15:19 "BTQ" dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir  |     14:28 Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi - Birgi  |     13:05 "Sabah"ın kapitanı gecə həyatına başladı - Murad Musayev hansı tədbir görəcək? - ŞOK  |     12:48 Tom Odell Bakıda ilk dəfə konsert verəcək  |     14:34 Sıla Bakıda konsert verəcək  |     13:04 Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək  |     13:03 Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib  |    
Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş elmi konfrans keçirildi
Sosial 31.03.2023 221

30 mart tarixində Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş Azərbaycan Tibb Universitetinin Əczaçılıq Fakültəsinin Tələbə Elmi Cəmiyyətinin konfransı keçirildi.

Konfrans Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, prof. Rauf Bəylərovun çıxışı ilə açıq elan olundu.

Konfransda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri, t.ü.f.d. Yazgül Abdıyeva, Azərbaycan Tibb Universitetinin TEC rəhbəri, t.e.d. Müşfiq Həsənov, fakültə üzrə TEC rəhbəri, dosent Nərgiz Məmmədova və s. çıxış etdi.

Konfransda daha sonra akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsinin rəhbəri, t.ü.f.d. Yazgül Abdıyeva Zərifə Əliyeva və onun zəngin irsi mövzusunda çıxış etdi.
O, Zərifə Əliyevanın traxomanın kökünün kəsilməsində böyük əmək sərf etməsindən, monoqrafiya, dərslik, ixtirası, elmi əsərlərindən, "peşə oftalmologiyası"nın və Azərbaycan lakrimologiyasının əsasını qoymuş alimin etika və tibbi deontologiya haqqında fikirləri və məqalələrindən geniş bəhs etdilər.

Həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar əlm xadimi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri prof. Elmar Qasımovun rəhbərlik etdiyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin ən böyük irs olmasından, bu irsin davamı olaraq mərkəzin inkişafının, regionlarda filialların yaradılmasının buna nümunə olmasını vurğuladı. 
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə oftalmologiyada olan innovativ inkişaf, yenilik və nəailiyyətləri müzakirə etmək məqsədilə mütəmadi olaraq beynəlxalq konfranslar, toplantılar həyata keçirilir. Mərkəz tərəfindən gənc oftalmoloqların inkişafı və peşə bacarıqlarının təkmilləşməsi üçün WET-LAB kursları təşkil edilir.
Eyni zamanda akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji yardım göstərmək üçün avtomobil və dəmiryolu səyyar klinikasının fəaliyyətindən bəhs edərək oftalmologiyanın daim inkişaf etdiyini bildirdi.






Starxeber Bizi instagramda izləyin