Sosial
30.03.2023
152
Azərbaycan Ordusu Laçın yolundakı hakim yüksəklikləri və sərhədboyu geniş sahələri nəzarətə götürüb.
Bu barədə Operativ24-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb", - nazirlikdən bildirilib.