17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“Ağıllı Qarabağı tanıyaq” layihəsinin icrasına başlanılıb
Sosial 29.03.2023 208


Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi, “ARB Media Qrup”un tərəfdaşlığı ilə “Ağıllı Qarabağı tanıyaq” layihəsinin icrasına başlanılıb.
Leyla ayihə çərçivəsində baş tutan ilk məlumatlandırma sessiyası Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, media mənsubları və 100-ə yaxın gənc iştirak edib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetinin sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev sessiya iştirakçılarını salamlayaraq, onları layihəyə seçilmələri münasibətilə təbrik edib. O qeyd edib ki, universitet hər il mütəmadi qaydada bu və ya digər istiqamətlərdə həyata keçirilən tədbirlərə ev sahibliyi edir. Birliyin dəstəyi ilə baş tutan “Ağıllı Qarabağı tanıyaq” layihəsi də bu qəbildən olan tədbirlər sırasındadır. Hazırkı dövrdə ağıllı texnologiyalar haqqında maarifləndirmə tədbirlərinin olduqca önəmli olduğunu qeyd edən prorektor layihənin işində uğurlar arzu edib.
“İrəli” İctimai Birliyinin Mətbuat katibi, layihə rəhbəri Arif Rəhimli “Ağıllı Qarabağı tanıyaq” layihəsi çərçivəsində məlumatlandırma sessiyasının Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilməsinə görə ali təhsil müəssisəsinin rəhbərliyinə öz təşəkkürünü bildirib. Diqqətə çatdırılıb ki, təşkilatın müxtəlif fəaliyyətlərində digər universitetlərlə yanaşı ADPU-nun tələbələri də aktiv iştirak edir. “Ağıllı Qarabağı tanıyaq” layihəsi müddətində gənclərin bu sahədə yeni biliklər əldə edəcəyini vurğulayan Arif Rəhimli gəncləri sual-cavab bölməsində aktiv iştirak etməyə səsləyib. Həmçinin bildirilib ki, layihə çərçivəsində daha bir neçə ali təhsil müəssisəsində məlumatlandırma sessiyaları keçiriləcək.
Daha sonra məlumatlandırma bölməsinə keçid edilib. Məlumatlandırma bölməsində Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Məmmədova və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin əməkdaşı Elgün Vəliyev təqdimatlarla çıxış ediblər. Sessiya müddətində “Ağıllı şəhər” və onun əsas komponentləri, bu sahədə dünya praktikası, dünyanın bir sıra ölkələrində tətbiq olunan “ağıllı” texnologiyalar, habelə Qarabağın dirçəlişi prosesində “Ağıllı şəhər”lərin rolu və “Qarabağda urbisid” layihəsi haqqında geniş məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir gənclərin suallarının cavablandırılması ilə davam edib. Sonda məlumatlandırma sessiyasında iştirak edən gənclərə şəhadətnamələr təqdim olunub.
Qeyd edək ki, “Ağıllı Qarabağı tanıyaq” layihəsi Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir.






Starxeber Bizi instagramda izləyin