10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Azərbaycan üçün Çevik Texniki Yardım Alətinin icrası nəzərdən keçirilib
Sosial 29.03.2023 165

Bu gün İqtisadiyyat Nazirliyi, Avropa İttifaqı (Al) və Dünya Bankı (DB) hökumət, inkişaf təşkilatları, vətəndaş cəmiyyəti, elm müəssisələri və medianı təmsil edən tərəfdaş və həmkarlarla birlikdə Azərbaycan üçün Çevik Texniki Yardım Alətinin (AZTAF) icrasını nəzərdən keçirib.


Operativ24 xəbər verir ki, AZTAF Aİ-nın maliyyələşdirdiyi və DB-nin icra etdiyi, ümumi büdcəsi 5,25 milyon avro olan 3 illik proqramdır.

Onun məqsədi Azərbaycanın 2030-cu ilə qədər Milli Prioritetlərinə uyğun olaraq hökumətə sosial inklüzivliyi və bağlantıları genişləndirməyə, iqtisadi islahatlara təkan verməyə, dövlət sektorunun idarəçiliyini gücləndirməyə və COVID-19-dan sonra effektiv iqtisadi bərpaya nail olmağa kömək etmək üçün analitik dəstək və potensialın yaradılmasını təmin etməkdir.

AZTAF Al-nın 4 Tərəfdaşlıq Prioritetinə (institutların gücləndirilməsi və yaxşı dövlət idarəçiliyi -1, iqtisadi inkişaf və bazar imkanları -2, rəqəmsal bağlantılar, enerji səmərəliliyi, ətraf mühit və iqlimlə bağlı tədbirlər - 3, mobillik və insanlararası təmaslar - 4) uyğun olaraq ünvanlı texniki yardım fəaliyyətlərini əhatə edir. Proqram inklüziv inkişaf, dövlət və korporativ idarəetmə, yaşıl ətraf mühit və davamlı inkişaf, insan kapitalının inkişafı və sosial inklüzivlik kimi sahələrdə DB Qrupunun davamlı və uzunmüddətli fəaliyyətinə əsaslanan 9 texniki yardım fəaliyyətinə malikdir.

"DB Qrupu hazırda ölkənin strateji məqsəd və prioritetlərinə, və Azərbaycan 2030 baxışına uyğunlaşdırılacaq Azərbaycan üçün yeni Ölkə Tərəfdaşlıq çərçivəsini hazırlamağa başlayır. Biz gözləyirik ki, AZTAF-in uğurla həyata keçirilməsi təkcə əhali üçün dərhal fayda verməyəcək, həm də ölkə proqramımıza daxil ediləcək yeni layihə və təşəbbüslər üçün möhkəm analitik baza və innovasiya mənbəyi yaratmağa kömək edəcək", - deyə DB-nin Azərbaycan üzrə ölkə meneceri Sara Maykl bildirib.

"Bu toplantı AZTAF proqramının icrasını və təsirini müzakirə etmək, hər bir fəaliyyətin təfərrüatları ilə bağlı maraqlı tərəflər və daha geniş ictimaiyyətə məlumat vermək üçün ictimai tədbirlər silsiləsində birincisidir və ölkədə həyata keçirilən digər təşəbbüslərlə güclü sinerji və qarşılıqlı öyrənməni təmin edəcək. "Avropa İttifaqı öz nou-haularını, resurslarını və müqəddəratlarını tədricən birləşdirməyə qərar verən 27 Üzv Ölkədən ibarətdir. Onlar birlikdə 60 ildən artıq genişlənmə dövründə mədəni müxtəlifliyi, tolerantlığı və şəxsi azadlıqları qoruyub saxlamaqla sabitlik, demokratiya və davamlı inkişaf zonası qurmuşlar. Avropa İttifaqı öz nailiyyətlərini və dəyərlərini onun hüdudlarından kənarda olan ölkələr və xalqlarla bölüşməyə sadiqdir", - deyə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko qeyd edib.

189 üzv ölkəsi və 130-dan çox ölkədə ofisləri olan DB inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun azaldılması və ümumi rifahın qurulması üçün çalışan unikal qlobal tərəfdaşlıqdır. 2022-ci ildə Azərbaycanın Banka üzvlüyünün 30 ili tamam olub. Qurum 1992-ci ildən Azərbaycanda insan kapitalının gücləndirilməsi, infrastruktur, ictimai xidmətlər və iş yerlərinə əlçatanlığın yaxşılaşdırılması, kənd təsərrüfatının rəqabət qabiliyyəti və kənd yerlərinin inkişafına investisiyaların yatırılması və məcburi köçkünlərin iqtisadi imkanlarının dəstəklənməsi də daxil olmaqla bir çox milli inkişaf prioritetlərini əhatə edən, ümumi öhdəlikləri 4,4 milyard dollar olan 50-dən çox layihəni maliyyələşdirib.






Starxeber Bizi instagramda izləyin