Sosial
28.03.2023
341
“Azərxalça” ASC və ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) arasında əldə olunmuş razılığa əsasən, Vaşinqtonda Azərbaycan xalçalarının sərgisi keçirilib.
Bu barədə “Azərxalça” ASC-dən məlumat verilib.
Məlumata görə, sərgi USACC-nin ofisinin qalereyasında, “Azərxalça”nın İdarə Heyətinin sədri Emin Məmmədov və Palatanın icraçı direktoru Natiq Baxışovun iştirakı ilə baş tutub. Sərgidə nümayiş etdirilmək üçün ABŞ-yə Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz xalçaçılıq məktəblərinə aid 76 ədəd müxtəlif ölçülü yun və ipək xalça göndərilib. Sərgi iştirakçılarına, eləcə də xalça satın almaq istəyənlərə yalnız ənənəvi üslubda və rənglərdə deyil, modern dizaynlı, müasir interyerə daha uyğun, çağdaş zövqə xitab edən pastel rəngli xalçalar da təqdim olunub.