15:57 Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi  |     15:18 Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: "Xəstə uşağım var" adı ilə vətəndaşları belə aldadır- ŞOK FAKTLAR  |     18:08 Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib  |     16:51 "Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən rayonunun sakinləri olub  |     16:49 Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər  |     16:47 Kaspersky Azərbaycanda uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqləri açıqlayıb  |     16:44 Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib  |     16:39 Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK  |     16:58 “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib  |     12:50 Azərsu xırda borclar görə insanları susuz qoyub - ŞİKAYƏT  |     19:34 Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən  |     17:02 Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda  |     16:29 Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  |     15:19 "BTQ" dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir  |     14:28 Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi - Birgi  |     13:05 "Sabah"ın kapitanı gecə həyatına başladı - Murad Musayev hansı tədbir görəcək? - ŞOK  |     12:48 Tom Odell Bakıda ilk dəfə konsert verəcək  |     14:34 Sıla Bakıda konsert verəcək  |     13:04 Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək  |     13:03 Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib  |    
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar süfrəsi təşkil edilib
Sosial 28.03.2023 340

Moskvada təşkil olunmuş “Ramazan çadırı” tədbiri çərçivəsində “Azərbaycan günü” keçirilib, qonaqlar üçün iftar verilib.


“Report”un Rusiya bürosu xəbər verir ki, tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutub.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar üzrə rəhbəri Tamilla Əhmədova Ramazan çadırında iftarın təşkil edilməsinin yeddi ildir davam edən ənənəyə çevrildiyini deyib: “Müqəddəs Ramazan ayı bütün müsəlmanlar üçün çox əziz aydır. Şadam ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, Fondun nümayəndəliyinin təşkilatçılığı ilə iftar təşkil edilir. Biz Moskva Müsəlmanları Ruhani İdarəsi ilə uzun müddətdir ki, əməkdaşlıq edirik və ümid edirəm ki, əməkdaşlığımız gələcəkdə də davam edəcək”.

Öz növbəsində, Moskva müftisinin müavini Marat Həzrət Arslanov belə gecələrin keçirilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bunun sayəsində insanlar Azərbaycan mədəniyyəti ilə tanış olur, bundan sonra onlarda bu ölkəyə səfər etmək həvəsi yaranır.

Moskvadakı Müsəlman məktəbinin direktoru Anas Həzrət Məmmədov vurğulayıb ki, belə tədbirlərin keçirilməsi hər kəsə Azərbaycanın adət-ənənəsi və mədəniyyəti ilə yaxından tanış olmaq imkanı verir. O əlavə edib ki, Azərbaycan Qarabağ müharibəsində qələbə çaldıqdan sonra insanlar ölkə haqqında daha çox öyrənmək istəyirlər.

“Biz uzun illər işğal altında olan torpaqları azad edən şəhidlərimizə hər zaman minnətdar olacağıq”, - o fikrini tamamlayıb.






Starxeber Bizi instagramda izləyin