14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Bakıda keçiriləcək VII Beynəlxalq Konfransına hazırlıq məqsədilə Parisdə məlumatlandırma sessiyası baş tutub
Siyasət 20.03.2023 224

Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin iyunun 26-29-da Bakıda keçiriləcək VII Beynəlxalq Konfransına hazırlıq məqsədilə martın 20-də Fransanın paytaxtı Paris şəhərində UNESCO-ya üzv ölkələrin Daimi nümayəndəliklərinin iştirakı ilə məlumatlandırma sessiyası baş tutub.


100-dək ölkə nümayəndəsinin iştirak etdiyi iclasın açılışında Azərbaycan Respublikasının gənclər və idman naziri, UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri Fərid Qayıbov çıxış edib və mötəbər tədbirə hazırlıq prosesi barədə məlumat verib. 

Görüşdə UNESCO Baş direktorunun sosial və humanitar məsələlər üzrə müavini Qabriela Ramos, eləcə də xüsusi qonaq qismində dəvət olunmuş tanınmış futbol veteranı, 1994-cü il dünya kubokunun sahibi Rai Souza Viyera de Oliveyra çıxış ediblər.

Tədbirdə həmçinin VII Beynəlxalq Konfransa hazırılıq, təşkilati məsələlər barədə, eləcə də Bakı şəhəri haqqında təqdimatlar olub.

Sonda Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəsi, səfir Elman Abdullayev qonaqları maraqlandıran sualları cavablandırıb.






Starxeber Bizi instagramda izləyin