19:47 Atletika Federasiyasının növbədənkənar konfransı keçirilib  |     19:09 Fərid Qayıbov mart ayı ərzində beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş idmançılar və məşqçilərlə görüşüb  |     18:44 Prezidentin sərəncamları ilə təltif edilmiş gənc laureatlara mükafatlar təqdim olunub  |     13:50 Rəna Əliyeva: “Biz hesab edirik ki, həkimlər bilik və savadlarını günbəgün artırmalıdırlar”  |     12:30 “Stomatologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb  |     11:19 Avropa Badminton Konfederasiyasının Bakıda keçiriləcək konqresinə 20 gün qaldı!  |     10:30 Faktiki hava  |     17:21 Azərbaycan Sloveniyaya karbamid gübrəsinin ixracına başlayıb  |     17:01 Azərbaycanda 10 məscidə qadın dini ayin icraçısı təyin edilib  |     16:40 Bakı metrosunda sərnişin xlor dağıdıb  |     16:01 Ayxan Hacızadə: "Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır"  |     14:59 Aprel ayına olan hava proqnozu açıqlanıb  |     13:30 Səfir: “Azərbaycan və Pakistan ticarət həcmini artırmaq üçün addımlar atır”  |     13:14 17-ci Bakı Yay Enerji Məktəbi layihəsi həyata keçiriləcək  |     11:58 Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə qeydiyyat başa çatdı – 26 768 müraciət qeydə alındı  |     11:41 “Səyyar qəbul otağı” bu dəfə Qax sakinlərinin ixtiyarında olub  |     11:37 Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 15% azalıb  |     11:29 Bakıda 31 evdən 36 000 manatdan çox oğurluq olub  |     08:20 BMT-də "ASAN xidmət" modelinin üzv dövlətlərə təqdimatı yüksək qiymətləndirilib  |     00:00 Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş elmi konfrans keçirildi  |    
Qobustan Qoruğunda Novruz bayramı qeyd olunub
Sosial 18.03.2023 123

Martın 18-də Mədəniyyət Nazirliyinin dəstəyi, Qobustan Milli Tarix-Bədii Qoruğunun təşkilatçılığı ilə Qobustan qoruğunda Novruz şənliyi təşkil edilib.

Əvvəlcə Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev çıxış edərək xalqımızın milli-mənəvi dəyərlərindən, adət-ənənələrindən söz açıb: “Hər bir xalqın milli adət-ənənələri olduğu kimi, Novruz bayramı da Azərbaycanın qədim adət-ənənələrini tərənnüm edən bayramlardandır. Qobustan qoruğunda Novruz şənliyinin qeyd olunması artıq ənənə halını alıb. Bizim burada Novruz şənliyini keçirməyimizdə əsas məqsədimiz qoruğumuza gələn ziyarətçilər arasında yerli və əcnəbi qonaqlara Novruz adət-ənənələrini, atributlarını və Azərbaycanın zəngin mətbəxini nümayiş etdirməkdir”.
Hamını Novruz bayramı münasibətilə təbrik edən qoruğun direktoru bayram şənliyini açıq elan edib.
Tədbir meydanında qurulan çadırlarda Azərbaycanın zəngin mətbəxini, xalqımızın etnoqrafiyasını əks etdirən nümunələr və bayram atributları nümayiş olunub. Ozan baba və Bahar qızın gətirdiyi məşəllə dəvətlilərin iştirakı ilə bayram tonqalı yandırılıb.
Aktyorların ifasında səhnəciklər, pəhləvan və kəndirbazların çıxışları, uşaqlar üçün kəndirdartma oyunları, musiqiçilərin təqdimatında konsert proqramı iştirakçılara xoş bayram ovqatı bəxş edib.
Tədbirdə, həmçinin əl işlərindən ibarət sərgi açılıb və satış yarmarkası təşkil olunub.






Starxeber Bizi instagramda izləyin