19:47 Atletika Federasiyasının növbədənkənar konfransı keçirilib  |     19:09 Fərid Qayıbov mart ayı ərzində beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş idmançılar və məşqçilərlə görüşüb  |     18:44 Prezidentin sərəncamları ilə təltif edilmiş gənc laureatlara mükafatlar təqdim olunub  |     13:50 Rəna Əliyeva: “Biz hesab edirik ki, həkimlər bilik və savadlarını günbəgün artırmalıdırlar”  |     12:30 “Stomatologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb  |     11:19 Avropa Badminton Konfederasiyasının Bakıda keçiriləcək konqresinə 20 gün qaldı!  |     10:30 Faktiki hava  |     17:21 Azərbaycan Sloveniyaya karbamid gübrəsinin ixracına başlayıb  |     17:01 Azərbaycanda 10 məscidə qadın dini ayin icraçısı təyin edilib  |     16:40 Bakı metrosunda sərnişin xlor dağıdıb  |     16:01 Ayxan Hacızadə: "Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır"  |     14:59 Aprel ayına olan hava proqnozu açıqlanıb  |     13:30 Səfir: “Azərbaycan və Pakistan ticarət həcmini artırmaq üçün addımlar atır”  |     13:14 17-ci Bakı Yay Enerji Məktəbi layihəsi həyata keçiriləcək  |     11:58 Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə qeydiyyat başa çatdı – 26 768 müraciət qeydə alındı  |     11:41 “Səyyar qəbul otağı” bu dəfə Qax sakinlərinin ixtiyarında olub  |     11:37 Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 15% azalıb  |     11:29 Bakıda 31 evdən 36 000 manatdan çox oğurluq olub  |     08:20 BMT-də "ASAN xidmət" modelinin üzv dövlətlərə təqdimatı yüksək qiymətləndirilib  |     00:00 Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş elmi konfrans keçirildi  |    
Məzahir Əfəndiyev “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev və tərəqqi” mövzusunda görüş keçirib
Siyasət 17.03.2023 132

16 mart 2023-c il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin rəhbərliyi, eyni zamanda Göyçay və Ağdaş Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti ilə  “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev və tərəqqi” mövzusunda görüş keçirib. 

Əvvəlcə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Görüş Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycanın Dövlət himnin səsləndirilməsi ilə açıq elan edilib. Sonra Ulu Öndərin ömür yoluna və titanik fəaliyyətinə həsr olunan film nümayiş olundu.
Sonra çıxış edən M.Əfəndiyev ilk növbədə çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixindən söz açaraq ölkəmizdə bütün sahələrin inkişafında Heydər Əliyev mərhələsinin mövcud olduğunu qeyd etdi.
Çıxış zamanı müstəqillik illərində ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayan deputat Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra məhz onun rəhbərliyi ilə həm sosial, həm də iqtisadi sahələrdə ardıcıl və məqsədyönlü islahatların həyata keçirildiyini, insanlarımızın rifah halının artdığını diqqətə çatdırdı. Bu məcrada Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanın davamlı və dayanıqlı inkişafının təmin edildiyi xüsusi qeyd olundu, Fövqəladə Hallar Nazirliyinin müstəqillik dövrünü əhatə edən qısa tarixi diqqətə çatdırıldı.
2023-cü ilin “Heydər Əliyev İli” elan olunması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamın əhəmiyyətinə toxunan millət vəkili Ulu Öndərin həyat və fəaliyyətinin daim öyrənilməsi, təbliği, gənc nəsillərə çatdırılmasın əhəmiyyətindən söz açıb. 
Digər məruzəçilər də Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan v bəhs etdilər. Görkəmli dövlət xadiminin müasir müstəqil Azərbaycanın bu günü və gələcəyi üçün həyata keçirdiyi uğurlardan geniş söhbət açan natiqlər bildiriblər ki, ümummilli lider Heydər Əliyev müdrik və uzaqgörən siyasəti ilə ölkəmizin hərtərəfli inkişafına nail olub, dövlət müstəqilliyini dönməz və əbədi edib.
Görüşün rəsmi hissəsi başa çatdıqdan sonra xatirə şəkili çəkdirildi, iştirakçılar təşəbbüsünə görə Məzahir Əfəndiyevə öz minnətdarlıqlarını bildirdilər.






Starxeber Bizi instagramda izləyin