19:47 Atletika Federasiyasının növbədənkənar konfransı keçirilib  |     19:09 Fərid Qayıbov mart ayı ərzində beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş idmançılar və məşqçilərlə görüşüb  |     18:44 Prezidentin sərəncamları ilə təltif edilmiş gənc laureatlara mükafatlar təqdim olunub  |     13:50 Rəna Əliyeva: “Biz hesab edirik ki, həkimlər bilik və savadlarını günbəgün artırmalıdırlar”  |     12:30 “Stomatologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb  |     11:19 Avropa Badminton Konfederasiyasının Bakıda keçiriləcək konqresinə 20 gün qaldı!  |     10:30 Faktiki hava  |     17:21 Azərbaycan Sloveniyaya karbamid gübrəsinin ixracına başlayıb  |     17:01 Azərbaycanda 10 məscidə qadın dini ayin icraçısı təyin edilib  |     16:40 Bakı metrosunda sərnişin xlor dağıdıb  |     16:01 Ayxan Hacızadə: "Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır"  |     14:59 Aprel ayına olan hava proqnozu açıqlanıb  |     13:30 Səfir: “Azərbaycan və Pakistan ticarət həcmini artırmaq üçün addımlar atır”  |     13:14 17-ci Bakı Yay Enerji Məktəbi layihəsi həyata keçiriləcək  |     11:58 Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə qeydiyyat başa çatdı – 26 768 müraciət qeydə alındı  |     11:41 “Səyyar qəbul otağı” bu dəfə Qax sakinlərinin ixtiyarında olub  |     11:37 Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 15% azalıb  |     11:29 Bakıda 31 evdən 36 000 manatdan çox oğurluq olub  |     08:20 BMT-də "ASAN xidmət" modelinin üzv dövlətlərə təqdimatı yüksək qiymətləndirilib  |     00:00 Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş elmi konfrans keçirildi  |    
Əli Əsədov: "Azərbaycan İnvestisiya Holdinqinə daxil olan şirkətlərin gəlirləri 52 % artıb"
Sosial 17.03.2023 117

Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilən şirkətlərin səmərəli fəaliyyəti nəticəsində ümumi gəlirləri təqribən 52 %, EBİTDA göstəricisi 85 % artıb.


"Report" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatını təqdim edərkən deyib.

Baş nazirin sözlərinə görə, 12 şirkətdən 8-də potensial dividend ödəmə imkanları yaranıb.

"Azərbaycan İnvestisiya Holdinqi Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il avqustun 7-də imzaladığı Fərmanla yaradılıb. Holdinqin qarşısına qoyulmuş dövlət şirkətlərinin və müəssisələrinin korporativ prinsiplər əsasında idarə olunması, onların həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, maliyyə sağlamlığının yaxşılaşdırılması məqsədlərinə nail olmaq üçün ötən müddət ərzində əsaslı işlər görülüb", - Ə. Əsədov qeyd edib.






Starxeber Bizi instagramda izləyin