19:47 Atletika Federasiyasının növbədənkənar konfransı keçirilib  |     19:09 Fərid Qayıbov mart ayı ərzində beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş idmançılar və məşqçilərlə görüşüb  |     18:44 Prezidentin sərəncamları ilə təltif edilmiş gənc laureatlara mükafatlar təqdim olunub  |     13:50 Rəna Əliyeva: “Biz hesab edirik ki, həkimlər bilik və savadlarını günbəgün artırmalıdırlar”  |     12:30 “Stomatologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb  |     11:19 Avropa Badminton Konfederasiyasının Bakıda keçiriləcək konqresinə 20 gün qaldı!  |     10:30 Faktiki hava  |     17:21 Azərbaycan Sloveniyaya karbamid gübrəsinin ixracına başlayıb  |     17:01 Azərbaycanda 10 məscidə qadın dini ayin icraçısı təyin edilib  |     16:40 Bakı metrosunda sərnişin xlor dağıdıb  |     16:01 Ayxan Hacızadə: "Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır"  |     14:59 Aprel ayına olan hava proqnozu açıqlanıb  |     13:30 Səfir: “Azərbaycan və Pakistan ticarət həcmini artırmaq üçün addımlar atır”  |     13:14 17-ci Bakı Yay Enerji Məktəbi layihəsi həyata keçiriləcək  |     11:58 Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə qeydiyyat başa çatdı – 26 768 müraciət qeydə alındı  |     11:41 “Səyyar qəbul otağı” bu dəfə Qax sakinlərinin ixtiyarında olub  |     11:37 Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 15% azalıb  |     11:29 Bakıda 31 evdən 36 000 manatdan çox oğurluq olub  |     08:20 BMT-də "ASAN xidmət" modelinin üzv dövlətlərə təqdimatı yüksək qiymətləndirilib  |     00:00 Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş elmi konfrans keçirildi  |    
Musa Qurbanlı rəsmi olaraq Red Bull idmançısı elan olundu
İdman 16.03.2023 181


Avstriya markası olan Red Bull şirkəti Qarabağ FK-nun 20 yaşlı hücumçu Musa Qurbanlını rəsmi olaraq qlobal atletləri sırasına daxil edib. Razılaşmaya əsasən gənc futbolçu bundan sonra Red Bull markasının ambassadoru və siması olacaq. 
Artıq uzun müddətdir ki, qlobal marka olan Red Bull 20 yaşlı hücumçunun fəaliyyəti ilə maraqlanır və onun inkişafını izləyirdi. 
Musa Qurbanlının gənc yaşında qazandığı uğurlar və əzmkarlığı, Red Bull-un idmançıları tam potensiallarına çatmaq üçün ruhlandırmaq və gücləndirmək missiyası ilə üst-üstə düşür. Bu səbəbdən də uzun sürən danışıqlardan sonra 20 yaşlı hücumçu artıq Red Bull markasının qlobal idmançılarından biri elan olundu. 
“Bütün dünyada Red Bull markasının idmançılar üçün etdiyinini izləyirəm. Red Bull-un brend dəyərlərini təmsil etməkdən çox şadam.”- Musa Q.
Qarabağ FK-nun hücumçusu Musa Qurbanlı artıq Red Bull idmançısı kimi növbəti oyunlarda çıxış edəcək. 
Red Bull markasının bütün dünyada 850-dən çox idmançısı var. Müxtəlif ölkələrdən olan idmançılar fərqli idman sahələrini təmsil edirlər. Böyük Britaniya, ABŞ, Belçika, İspaniya, Almaniya, Fransa, Türkiyə, Braziliya və digərləri bu ölkələr sırasındadır. 
İdmançılar arasında dünyaca məşhur Braziliyalı futbolçu Neymarın, Formula 1 pilotu, dünya çempionu Maks Verstappen və Serxio Peresin, dünyaca məşhur driftçi, adını Ginnesin Rekordlar Kitabına yazdırmış Abdo Feqalinin, Liverpul klubunun müdafiəçisi Tren Arnoldun, hündürlükdən paraşütlə tullanmaqla eyni anda 3 dünya rekordu qırmağı bacaran Avstriyalı Feliks Baumqartnerin və bir çoxlarının adını qeyd etmək olar. 
Bu idmançıların hər birinin fəaliyyətində və inkişafında Red Bull bir marka olaraq dəstək göstərir və idmançının hər zaman yanında olur.

Daha ətraflı: Musa Qurbanlı (redbull.com)






Starxeber Bizi instagramda izləyin