19:47 Atletika Federasiyasının növbədənkənar konfransı keçirilib  |     19:09 Fərid Qayıbov mart ayı ərzində beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş idmançılar və məşqçilərlə görüşüb  |     18:44 Prezidentin sərəncamları ilə təltif edilmiş gənc laureatlara mükafatlar təqdim olunub  |     13:50 Rəna Əliyeva: “Biz hesab edirik ki, həkimlər bilik və savadlarını günbəgün artırmalıdırlar”  |     12:30 “Stomatologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb  |     11:19 Avropa Badminton Konfederasiyasının Bakıda keçiriləcək konqresinə 20 gün qaldı!  |     10:30 Faktiki hava  |     17:21 Azərbaycan Sloveniyaya karbamid gübrəsinin ixracına başlayıb  |     17:01 Azərbaycanda 10 məscidə qadın dini ayin icraçısı təyin edilib  |     16:40 Bakı metrosunda sərnişin xlor dağıdıb  |     16:01 Ayxan Hacızadə: "Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır"  |     14:59 Aprel ayına olan hava proqnozu açıqlanıb  |     13:30 Səfir: “Azərbaycan və Pakistan ticarət həcmini artırmaq üçün addımlar atır”  |     13:14 17-ci Bakı Yay Enerji Məktəbi layihəsi həyata keçiriləcək  |     11:58 Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə qeydiyyat başa çatdı – 26 768 müraciət qeydə alındı  |     11:41 “Səyyar qəbul otağı” bu dəfə Qax sakinlərinin ixtiyarında olub  |     11:37 Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 15% azalıb  |     11:29 Bakıda 31 evdən 36 000 manatdan çox oğurluq olub  |     08:20 BMT-də "ASAN xidmət" modelinin üzv dövlətlərə təqdimatı yüksək qiymətləndirilib  |     00:00 Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş elmi konfrans keçirildi  |    
ADA Universitetində doqquzuncu Bahar Gənclik Festivalı keçirilib
Sosial 16.03.2023 105

Martın 15-i ADA Universitetində ADA Universiteti Fondunun (Azərbaycan) və “Coca-Cola” şirkətinin birgə əməkdaşlığı çərçivəsində doqquzuncu Bahar Gənclik festivalı keçirilib.


ADA Universitetinin ənənəvi yaz tədbiri sayılan bu festival çərçivəsində bahara həsr olunan sərgi, milli geyimlərimiz, Azərbaycanın müxtəlif xalça məktəblərinin nümunələri və bayram mətbəxinin şirniyyatları nümayiş etdirilib.

ADA Universitetinin yerli və xarici tələbələrini, professor-müəllim və işçi heyətini, həmçinin tərəfdaş qurumların nümayəndələrini bir araya gətirən festivalda iştirak edənlər yazın gəlişini qeyd ediblər.

Xalq artisti Röya Ayxan və DJ Çinanın iştirakı ilə keçirilən sözügedən yaz tədbiri həmçinin ADA tələbələrinin və əməkdaşlarının da qoşulduğu əyləncəli "Ən yaxşı xonça" müsabiqəsi ilə yadda qalıb. Müsabiqədə qalib gələn iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.
ADA Universitetinin işçi həyətindən ibarət rəqs və musiqi qrupunun ifaları bu günü daha da əyləncəli edib. Habelə festival ərazisində təşkil edilən və Novruz bayramının qədim adət-ənənələrindən irəli gələn fərqli rituallarda iştirak isə qonaqların marağına səbəb olub.

Qeyd edək ki, ADA Universitetinin ənənəvi yaz tədbiri olan Bahar Gənclik festivalı təbiətin oyanışını, eləcə də milli-mənəvi dəyərlərimizi və icma ruhunu əks etdirir. Bu festival həmçinin Universitetlə özəl sektorun tərəfdaşlığının uğurlu nümunəsidir.






Starxeber Bizi instagramda izləyin