19:47 Atletika Federasiyasının növbədənkənar konfransı keçirilib  |     19:09 Fərid Qayıbov mart ayı ərzində beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş idmançılar və məşqçilərlə görüşüb  |     18:44 Prezidentin sərəncamları ilə təltif edilmiş gənc laureatlara mükafatlar təqdim olunub  |     13:50 Rəna Əliyeva: “Biz hesab edirik ki, həkimlər bilik və savadlarını günbəgün artırmalıdırlar”  |     12:30 “Stomatologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb  |     11:19 Avropa Badminton Konfederasiyasının Bakıda keçiriləcək konqresinə 20 gün qaldı!  |     10:30 Faktiki hava  |     17:21 Azərbaycan Sloveniyaya karbamid gübrəsinin ixracına başlayıb  |     17:01 Azərbaycanda 10 məscidə qadın dini ayin icraçısı təyin edilib  |     16:40 Bakı metrosunda sərnişin xlor dağıdıb  |     16:01 Ayxan Hacızadə: "Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır"  |     14:59 Aprel ayına olan hava proqnozu açıqlanıb  |     13:30 Səfir: “Azərbaycan və Pakistan ticarət həcmini artırmaq üçün addımlar atır”  |     13:14 17-ci Bakı Yay Enerji Məktəbi layihəsi həyata keçiriləcək  |     11:58 Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə qeydiyyat başa çatdı – 26 768 müraciət qeydə alındı  |     11:41 “Səyyar qəbul otağı” bu dəfə Qax sakinlərinin ixtiyarında olub  |     11:37 Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 15% azalıb  |     11:29 Bakıda 31 evdən 36 000 manatdan çox oğurluq olub  |     08:20 BMT-də "ASAN xidmət" modelinin üzv dövlətlərə təqdimatı yüksək qiymətləndirilib  |     00:00 Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş elmi konfrans keçirildi  |    
“AzerGold” QSC-nin 2022-ci ildə satış gəlirləri artıb
Sosial 15.03.2023 26


2022-ci ildə “AzerGold” QSC-nin beynəlxalq və daxili bazarlarda qızıl və gümüş satışı həcmlərində müsbət dinamika müşahidə edilib. Qiymətlilərin ümumi satış göstəriciləri 2022-ci ildə 63.5 min unsiya qızıl və 207.8 min unsiya gümüş olub. Bu, 2021-ci illə müqayisədə qızılın satış həcmində 3.7 min, yəni 6.1%, gümüşün satış həcmində 74.9 min unsiya, yəni 56.3% artım deməkdir. 
Qızıl üzrə qeyd edilən ümumi satış həcmindən 59.9 min unsiya, gümüş üzrə isə 193.5 min unsiyası beynəlxalq bazarlarda realizə edilib. Pərakəndə bazarda satış göstəriciləri 3 min unsiya qızıl, 130 unsiya gümüş təşkil edib. Daxili bazarın tələbatı üzrə 555 unsiya qızılın, 14.2 min unsiya gümüşün satışı icra edilib. Beləliklə, 2017-2022-ci illər üzrə ümumi satış göstəriciləri 348 min unsiya qızıl və 733 min unsiya gümüş təşkil edib.
 Hesabat ilində beynəlxalq və yerli bazarlarda qızıl və gümüş satışı nəticəsində 207.2 milyon manat məbləğində vəsait ölkə iqtisadiyyatına cəlb edilib. 2017–2022-ci illər üzrə qızıl və gümüşün satışı nəticəsində əldə edilmiş gəlir isə 960.7 milyon manat olub.






Starxeber Bizi instagramda izləyin