14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Bakıda “İdman zonası” istifadəyə verilib
İdman 14.03.2023 128

Gənclər və İdman Nazirliyi Xətai rayonunun Əhmədli qəsəbəsində “İdman zonası”nı istifadəyə verib.


Operativ24-ün məlumatına görə, açılışda gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, idman səfirləri – voleybolçu Aynur İmanova, gimnast Aliyə Paşayeva, futbolçu Maksim Medvedev, həmçinin, İslam Həmrəyliyi Oyunlarının qalibi basketbolçu Zaur Paşayev də iştirak ediblər.

Ərazidə minifutbol və basketbol meydançaları, stolüstü tennis, şahmat, uzunluğa tullanma zolağı, eləcə də, hər yaş qrupuna uyğun fitness avadanlıqları yerləşdirilib. Bundan əlavə, sakinlərin istirahət etməsi üçün oturacaqlar quraşdırılıb.

Fərid Qayıbov çıxışında əhalinin sıx məskunlaşdığı yerlərdə bu layihənin davam etdiriləcəyini söyləyib: “Bu idman qurğusunda insanlar bir çox növlə məşğul ola bilərlər. Eyni zamanda, pulsuz internet də çəkilib. Nazirliyin qarşısında quraşdırdığımız idman qurğuları çox populyar oldu. Düşündük ki, belə qurğuların sayı artsın. Layihəni regionlara da yaymağın üzərində çalışacağıq. İl ərzində bu cür açılışları digər şəhər və rayonlarda da etməyi planlaşdırırıq”.

Nazir bildirib ki, qurğuların salınması prosesində federasiyalarla birgə çalışırlar: “Regionlarda işlər gedir. Qurğuların federasiyalar tərəfindən inşası ilə bağlı təklif edə bilərik. Ancaq hər şey maliyyədən asılıdır. Məncə, onlar bu təşəbbüsə qoşularlar”.

Azərbaycan millisinin basketbolçusu Zaur Paşayev meydançaların açılmasını əhali üçün gözəl fürsət kimi dəyərləndirib: “Uşaqlar həyətə düşəcəklər və boş vaxtlarında idmanla məşğul ola biləcəklər. İnanıram ki, hazırda bu baxımdan boş olan digər məhəllələrdə də “İdman zonası” açılacaq. Uşaqlar belə yerlərdə idmanın hansı növündə bacarıqlı olduğunu görür və o istiqamətdə addımlayırlar”.

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvü Aliyə Paşayeva da idman qurğularının istifadəyə verilməsinin sevindirici olduğunu deyib: “Belə meydançalar çox olsa, idmanımız daha çox inkişaf edər. Əsas məqsəd əhalinin və uşaqların sağlamlığıdır”.






Starxeber Bizi instagramda izləyin