14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Böyük Şor gölü sahilində qaçış zolağı istifadəyə verilib
İdman 14.03.2023 235

Böyük Şor gölü sahilində salınan qaçış zolağının açılışı olub.


Operativ24-ün məlumatına görə, açılışda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, atletlər Nazim Babayev, Yekaterina Sarıyeva, paralimpiya çempionu Lamiyə Vəliyeva, idman səfirləri Aynur İmanova ilə Aliyə Paşayeva da iştirak ediblər.

Sakinlərin və idmançıların gündəlik qaçışlar etməsi, yüngül atletikayla məşğul olması üçün nəzərdə tutulan iki zolaqdan ibarət, uzunluğu 725, eni isə 2.40 metr olan qaçış yolu xüsusi örtük materialından istifadə edilməklə quraşdırılıb.

Qaçış cığırı Gənclər və İdman Nazirliyi, eləcə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə dəstəyi ilə əhalinin sağlam həyat tərzinin təmin edilməsi məqsədilə istifadəyə verilib.

Muxtar Babayev Böyük Şor gölü ətrafında yaranan bu imkanın əhali üçün yaxşı fürsət olduğunu düşünür: “Qaçış üçün meydançanı tez bir zamanda idman nazirliyi ilə birlikdə istifadəyə verdik. Belə bir təşəbbüsə, dəstəyə görə gənclər və idman nazirinə təşəkkür edirəm. İnanırıq ki, bura gələnlərin sayı çox olacaq və bu gözəl idman növü ilə daha çox insan məşğul olacaq”.

Azərbaycan millisinin voleybolçusu və idman səfiri Aynur İmanova çıxışında bütün parklarda belə cığırların olmasını arzulayıb: “Təkcə idmançılar yox, əhali də gəlib idmanla məşğul ola bilsinlər”.

Atlet Nazim Babayev isə təşəbbüsə görə, gənclər və idman nazirinə təşəkkür edib: “Parklarda belə qaçış cığırlarının olması insanların daha çox idman etməsinə kömək olacaq”.






Starxeber Bizi instagramda izləyin