10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Dayanıqlı inkişafa və sülhə hesablanmış çağırış
Siyasət 7.03.2023 231

Dördüncü sənaye inqilabının baş verdiyi bu yeni dövrün transformasiyası fonunda dünya dövlətləri, xüsusilə də inkişaf etmiş, iqtisadi dayanıqlılığını təmin edə bilən və qlobal layihələrin iştirakçısına çevrilmiş dövlətlər formalaşmaqda olan yeni düzənin əsas subyektləri olmaqla bütün sahələrdəki fəaliyyət istiqamətlərini bir daha nəzərdən keçirərək öz yerlərini müəyyənləşdirmək və maraqlarını təmin etmək istəyirlər.
Bir ildən artıq müddətdə davam edən Rusiya-Ukrayna müharibəsi demək olar ki, beynəlxalq münasibətlər sisteminə köklü təsir göstərərək yeni siyasi arxitekturanın formalaşmasına ciddi əngəl törədir. 
Yaxın şərq dövlətlərində yaşayan xalqların təhlükəsizliyi ilə bağlı məsələlər, Avropa İttifaqının şərqə doğru genişlənməyə hədəflənmiş siyasəti, Amerika Birləşmiş Ştatları ilə Çin arasında iqtisadi hökmranlıq uğrunda gedən qarşıdurma, eləcə də planetimizin müxtəlif qitələrində həllini gözləyən münaqişə ocaqları sabahkı dünyamızın sülhü üçün böyük təhdidlərdir. Bu təhdidlər beynəlxalq sülh institutları, o cümldən ixtisaslaşmış beynəlxalq beyin mərkəzləri, habelə dünya ölkələrinin nüfuzlu siyasi liderlərinin təcili olaraq bir araya toplanaraq qlobal sülh sisteminin dayanıqlılığınıın təmin olunması üçün müzakirələri labüd edir.
30 illik müasir siyasi tarixə malik olan Azərbaycan Respublikası öz növbəsində bu gün dünyada qlobal çağırışlara həssaslıq nümayiş etdirir, müstəqilliyinin, süverenliyinin qorunuması, habelə tarixi torpaqlarında yaşayan xalqların maraqlarını nəzərə almaqla dünyada dayanıqlı sülhün əldə olunması üçün öz töhfələrini verir. 
1961-ci ildə əsası qoyulmuş, 120 ölkəni özündə birləşdirərək BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisat olan, məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməyə çevrilən Qoşulmama Hərəkatı bu gün Azərbaycanın rəhbərliyi ilə üç ildən yuxarı bir müddətdir ki, səmərəli fəaliyyət göstərərək dünyanı narahat edən qlobal problemlərin müzakirələrinin təşkil olunmasında yaxından iştirak edir.
02 mart 2023-cü il tarixində Hərəkata üzv dövlətlərin COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünün bu mürəkkəb geosiyasi vəziyyətdə, maraqların toqquşduğu bir zamanda məhz Bakı şəhərində işə başlaması, xüsusi olaraq pandemiyanın nəticələrinə və postkovid dövrünün yol xəritəsinin hazırlanmasına həsr olunması Azərbaycanın müdrük lideri İlham Əliyevin dünya siyasətində tutduğu yeri ilə bağlıdır.
Ümumiyyətlə, pandemiyanın elan olunmasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən ilk beynəlxalq təsisatlardan biri oldu. Bu görüşdə 70-ə yaxın ölkənin dövlət və hökumət başçıları, müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, həmçinin beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etmələri cənab Prezidentin qətiyyətinə və iradəsinə, habelə humanistliyinə olan etimadın bariz nümunələridir.
Hələ 2020-ci ildə dövlətimizin təşəbbüsü ilə Hərəkata üzv dövlətlərin koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupu yaradılması və onun videokonfrans formatında Zirvə görüşünün keçirilməsi, təsisatdaxili müzakirələrin və pandemiyanın çağırışlarından irəli gələrək beynəlxalq humanitar yardımların əlaqələndirilməsi, koronavirus bəlası qarşısında Azərbaycanın aciz qalmış dövlətlərə dəstəyini göstərmə iradəsi qlobal arenada Qoşulmama Hərəkatının vacibliyi və nüfuzunu daha da artırdı.
Son üç ildə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təsisat bu günə qədər əldə etmədiyi böyük nailiyyətlərə imza atdı, xüsusilə təşkilatlanma prosesinin əsası qoyuldu. Mükəmməl səviyyədə təşkil edilmiş sammit səviyyəli görüşdə Cənab Prezidentin qeyd etdiyi kimi, “Məqsədimiz institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır”.
Bu gün BMT-yə üzv dövlətlərin hökumətləri 2015-ci ildə yekdilliklə qəbul olunmuş “2030-cu ilədək Davamlı İnkişaf sahəsində Gündəlik”də öz əksini tapmış 17 Dayanıqlı İnkişaf Məqsədinə nail olunması işini həyata keçirirlər. Bu qlobal sənədin icrası Qoşulmama Hərəkatına üzv dövlətlərin də əsas fəaliyyət istiqamətlərindəndir. 
Bu gün BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan BMT Nizamnaməsinə əsaslanan fəaliyyət göstərməklə beynəlxalq arenada nümunəvi dövlətə çevrilib. Azərbaycan dünya üçün mühüm əhəmiyyət kəsb edən Dayanıqlı İnkişaf Məqsədləri sənədinin icrasına da töhfələr verir. Demək olar ki, bütün çıxışlarında Prezident İlham Əliyev 2030 Gündəliyinə diqqəti cəlb edərək həmin 17 məqsədin Azərbaycan üçün də prioritet istiqamət olduğunu dəfələrlə vurğulayıb. Qeyd edim ki, ölkəmiz 2016-cı ildən Dayanıqlı İnkişaf Məqsədləri üzrə 3 Könüllü Milli Hesabat hazırlayan yeganə dövlətdir.
Cənab Prezident Zirvə görüşündəki çıxışında bu universal sənədin fəlsəfəsində olan “Heç kəsi kənarda qoymayaq” prinsipinin tamamlanması üçün təcrübədə rastlaşdığı vacib məsələyə toxundu və həmin aktual problemin növbəti, 18-ci məqsəd kimi əlavə olunmasını ilk dəfə olaraq tədbir iştirakçılarının dəstəkləməsi üçün təklif etdi. 
Belə ki, Azərbaycan 44 günlük İkinci Qarabağ-Vətən Müharibəsindən sonra regionda yeni reallıqları ortaya qoydu və bu gün işğaldan azad etdiyi ərazilərdə Böyük Qayıdışın həyata keçirilməsi üçün təkbaşına məharətlə bərpa və yenidənqurma işləri görür. Bu işlərin daha sürətli və mükəmməl icra olunması, keçmiş məcburi köçkünlərin, öz doğma yurdlarından didərgin düşmüş insanların qayıdışını təmin etmək üçün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların təmizlənməsini həyata keçirir. 
Eyni zamanda Qoşulmama Hərəkatına üzv ölkələrin bir çoxunun mina və partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ölkələr sırasında olduğunu nəzərə alaraq, Azərbaycan Hərəkatın səsini qlobal miqyasda eşitdirmək üçün minatəmizləmə prosesinin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təklifini səsləndirdi. Bu xüsusi milli Dayanıqlı İnkişaf Məqsədi keçmiş məcburi köçkünlərin tezliklə öz dədə-baba torpaqlarına qayıtmasını sürətləndirməklə yanaşı, heç kimin kənarda qalmaması prinsipini də tam olaraq əhatə edir.
Azərbaycan Prezidentinin səsləndirdiyi bu təklif bir daha mövcud yeni çağırışların nizamlanmasına və bütün dünya xalqlarının maraqlarının nəzərə alınmasına, dayanıqlı sülh sisteminin təşkili işinə köməklik göstərəcəkdir.



Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı






Starxeber Bizi instagramda izləyin