17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“İrəvan” və “Difai” komandası arasında baş verən qalmaqala reaksiya - FOTO
İdman 2.03.2023 235

“Difai” – “Çinar Zəngilan” komandaları arasında keçirilən oyunda “Difai” komandasının 5 nömrəli oyunçusu Gülalı Mehrəliyevə və 22 nömrəli futbolçusu Fərid Bədəlova hakimi təhqir etdikləri üçün Azərbaycan Futbol Federasiyasının nizam-intizam komitəsi tərəfindən 4 oyunluq cəza verilib.


Bu sözləri Corner.az-a açıqlamasında İrəvan Futbol Klubunun Prezidenti Zahid Niyazəliyev “İrəvan” və “Difai” komandası arasında baş verən qalmaqal barədə danışarkən deyib.

“Difai” komandası ilə "İrəvan" komandası arasında baş tutan oyunda “Difai”nin məşqçisi qırmızı kart alan Gülalı Mehrəliyevi “İrəvan” klubuna qarşı futbol meydançasına buraxıb və sözügedən oyunçu 25-ci dəqiqədə qol vurub. AFFA-nın nizam-intizam komitəsi Gülalı Mehrəliyev görə “Difai” komandasına məğlubiyyət verib. “Difai” komandası gizlin olaraq əsassız sənədlərlə AFFA-nın apellyasiya komitəsini hər hansı bir yolla aldadaraq, həmin qərarı ləğv edib. Bununla da, İrəvan klubuna qarşı haqq-ədalət pozulub. Həmin hadisənin sübutları və şəkilləri də məndə var”, - deyə Z.Niyazəliyev bildirib.

O həmçinin vurğulayıb ki, “Difai” komandası həmçinin qazi adı altında maskalanaraq AFFA-ya apellyasiya şikayəti ediblər.

Qeyd edək ki, İrəvan klubunun prezidenti AFFA-nın baş katibi Sərxan Hacıyeva Apellyasiya Arbitraj Tribunalının rəhbəri Ziya Babayevə də ərizə ilə müraciət etdiyini bildirib. Əgər bu məsələyə baxılmasa digər aidiyyatı orqanlara da müraciət edəcəyini vurğulayıb.

Xatırladaq ki, sözügedən oyun fevralın 8-də keçirilib.

İrəvan FK-nın prezidentinin qeyd etdiyi şəkilləri sizlərə təqdim edirik:

Mehriban Xəlilli






Starxeber Bizi instagramda izləyin