17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Dövlət Miqrasiya Xidmətində Beynəlxalq Miqrasiya Təşkilatının Baş Direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Sosial 1.03.2023 189


Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Baş Direktoru Antonio Vitorinonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.  
Görüş çərçivəsində miqrasiya proseslərinin beynəlxalq normalara uyğun tənzimlənməsi, miqrantların hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi, səmərəli readmissiya idarəçiliyi, reinteqrasiya və qayıdış, həssas kateqoriyadan olan miqrantlara dəstək və miqrasiya idarəçiliyinin müxtəlif aspektlərini əhatə edən digər istiqamətlərdə həyata keçirilən çoxsaylı beynəlxalq layihələr müzakirə edilib, Dövlət Miqrasiya Xidməti ilə BMqT arasında uzun illər ərzində qurulmuş səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub. Ölkəmizin miqrasiya idarəçiliyi sahəsində əsas beynəlxalq tərəfdaşlarından biri olan BMqT ilə ikitərəfli əsaslarla tərəfdaşlığın önəmi ilə yanaşı çoxtərəfli beynəlxalq platformalar çərçivəsində mövcud olan münasibətlərin daha da genişləndirilməsi üçün imkanların mövcudluğu vurğulanıb.
Birgə həyata keçirilən ən aktual layihələrdən biri kimi regional səviyyədə icra olunan “Azərbaycanda Miqrasiya üzrə Regional Təlim Mərkəzinin yaradılmasına dəstək” layihəsi çərçivəsində görülmüş işlərə diqqət yetirilib. Layihənin əsas məqsədi regional səviyyədə miqrasiya sahəsində ixtisaslaşmış təlim-tədris mərkəzinin yaradılmasıdır. Qeyd edək ki, layihə çərçivəsində Mərkəzi Asiya, Yaxın Şərq və Şərq Tərəfdaşlığı ölkələrindən 200-ə yaxın nümayəndənin iştirakı ilə 10-dan çox təlim təşkil edilib. Eyni zamanda Mərkəzin fəaliyyətinin əsas mövzuları üzrə regional kurikulum tərtib edilib, elektron kitabxana və rəsmi internet səhifəsi istifadəyə verilib. Bununla yanaşı Regional Ekspert Şəbəkəsi yaradılıb. Mərkəzin fəaliyyətinin təşkili, genişləndirilməsi və statusununun müəyyənləşdirilməsi istiqamətində də ilkin addımların atıldığı vurğulanıb.
Görüş çərçivəsində Mərkəzin yaradılmasına ilkin zəmin hazırlamaq və bu istiqamətdə görülən işlərin sürətləndirilməsi məqsədilə hazırlanmış "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı arasında Miqrasiya üzrə Regional Təlim Mərkəzi (MRTM) ilə bağlı əməkdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb. Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti adından Vüsal Hüseynov, Beynəlxalq Miqrasiya Təşkilatı adından isə Antonio Vitorino imzalayıb. Memorandum gələcəkdə Mərkəzin beynəlxalq səviyyədə təkmil kurikulum əsasında fəaliyyətinin təmin edilməsi istiqamətində atılan vacib addım kimi səciyyələndirilib. 
Görüşdə qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri ətrafında da fikri mübadiləsi aparılıb.
Görüşdən sonra A.Vitorino Miqrasiya üzrə Regional Təlim Mərkəzində yaradılmış şəraitlə tanış olub, həmçinin “Miqrasiya Məktəbi” layihəsinin iştirakçıları və Mərkəzin fəaliyyətində yaxından iştirak edən Miqrasiya Könüllüləri ilə görüşüb. Baş direktor Xidmətin Heydər Əliyev Muzeyini ziyarət edib və xatirə kitabına ürək sözlərini yazıb. 








Starxeber Bizi instagramda izləyin