22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Fərid Qayıbov idman mediasının nümayəndələri ilə görüşüb
Sosial 27.02.2023 197

“İdman həftəsi” çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov idman mediasının nümayəndələri ilə görüşüb. Milli Gimnastika Arenasında keçirilən görüşdə 10 televiziya kanalı, 4 agentlik, 14 xəbər portalı və 2 qəzetdən ümumilikdə 33 media nümayəndəsi iştirak edib. 


Nazir Fərid Qayıbov idman jurnalistikasının idman ictmaiyyətinin bir qolu olduğunu qeyd edərək bildirib ki, idman mediamızın federasiyalar və digər idman qurumları ilə əməkdaşlığını genişləndirməsinə ehtiyac var. Bu həm idmanın təbliğatı, həm də medianın inkişafı baxımından önəmlidir.

Tədbirdə idman jurnalistikasının çətinlikləri və bu sahənin inkişaf yolları müzakirə edilib. Qarşılıqlı müzakirə formatında davam edən görüşdə idman jurnalistləri onları narahat edən məsələlər barədə danışıb və təkliflərini səsləndiriblər.






Starxeber Bizi instagramda izləyin