10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Azərbaycan- Türkiyə qardaşlığı bütün Türk və İslam dünyası üçün nümünə və nəhəng bir örnəkdir - Gülmirzə Cavadov
Sosial 21.02.2023 299

Azərbaycan- Türkiyə qardaşlığı bütün Türk və İslam dünyası üçün nümünə və nəhəng bir örnəkdir , bunu açıqlamasında, tanınmış xeyriyyəçi, ölkəmizin dövlət və ictimai xadimi, həkim professor mərhum Fəxrəddin Cavadovun oğlu , Gülmirzə Cavadov deyib.
O qeyd edib ki , Türkiyəmizdə baş verən dəhşətli faciənin fəsadlarını hər birimiz müşahidə etdik və bu təbii olaraq bütün Azərbaycan xalqının çox sarsıtdı.  
“Azərbaycanımızın dövlət başçısı cənab İlham Əliyev tərəfindən dərhal başlanan gardaş dəstəyi çağırışına qoşulmağı özümüzə borc bilib, dərhal yaxın dostlar ilə maliyyə toplamağa qərar verdik. Bir millət iki dövlət prinsipinə sadiq qalaraq , qardaş Türkiyədəki bu kritik vəziyyətdə əlimizdən gələn yardımı həyata keçirmək üçün kampaniya başladıq”-deyə o bildirib.
“ Ən əsas məqsəd o bölgədə fəlakətdən sonra çox ağır yaşam və hava şərtlərində olan bizim qanı bir - canı bir gardaş və bacılarımıza əlimizdən qələn dəstəyi göstərməkdir! Maliyə dəstəyindən ziyadə isə ən təməl hədəfimiz Azərbaycan qədər ərazini yerlə-yeksan edən dağıdıcı zəlzələnin bir neçə nöqtəsinə birbaşa gəlib, orada ən təcili ehtiyac duyulan vacib ləvazimatları gardaş və bacılarımıza birbaşa təqdim etməkdir, həmçinin onlara mənəvi dəstək də göstərməkdir. Hazırda 4 böyük TIR ilə 2 milion TL dəyərində ən çox ehtiyac duyulan ərzaq və qida malları, həmçinin 10 ədəd dizel generator, böyük və uşaqlar üçün isti gış qiyimləri, gış botları, yastıq və yorğan, su depoları, bir çox təmizlik maddələri, antıseptik, müxtəlif hijiyenik bezlər, 68 ton içməli su , süngər yataqlar, 1400 nəfərlik quru yemək dəsti, yaşayış konteynerləri və digər zəruri ləvazimatlar bölgəyə tərəfimizdən birbaşa gətirilib. Yardımın bir hissəsi 15 və 16 fevral tarixlərində sırf Hatay vilayətinin inzibati mərkəzi Antakyaya , bundan başqa da İskenderun şəhərlərində əhaliyə birbaşa çatdırılılıb. Bundan əlavə zəlzələdən ən çox zərər çəkmiş, hardasa yerlə yeksan olmuş Antakya şəhərində günlük 10.000 nəfərə isti yemək və birbaşa yardım dağıtımı nöktəsində mütamadi olaraq gətirilən yardımlar ehtiyaca görə gətiriləcək və davamlı olaraq paylanacaqdır. Bu kimi bölgənin digər ağır nöktələrində də mümkün qədər ünvanlı yardım göstərilməsi məqsədilə əlimizdən gələni etməyə çalışırıq” - deyə o vurğulayıb.
Cavadov onu da bildirib ki, əlavə olaraq 230 min türk lirəsi dəyərində olan ayrıca 21 ədəd generator, əl fənərləri, yataq dəstləri Türkiyə dövlət qurumu AFAD vasitəsilə 18 fevral tarixində Qazıantepdə təqdim edilmişdir.
“Biz - millətimizi, iki dövlətimizi sevən sadə vətəndaşlar olaraq həm dövlətimizin başçısının çağırışına qoşulur, həm də bütün dünyaya Azərbaycan-Türkiyə birliyinin nə qədər böyük güc olduğunu göstərmək üçün buradayıq. Əsas məqsədimiz buradakı qardaş və bacılarımıza əlimizdən gələn dəstəyi, köməyi göstərməkdir. Canımız, əziz Türkiyəmiz, Biz səninləyik!”-deyə Cavadov bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Qeyd edək ki , Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 41 020 nəfərə çatıb.






Starxeber Bizi instagramda izləyin