17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Startapçılarla bağlı görüş keçirilib
Sosial 17.02.2023 147



Bakı Ali Neft Məktəbi (BANM) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) rəhbərliyi arasında startapçılarla bağlı görüş keçirilib.

Görüşdə BANM-ın rektoru Elmar Qasımov, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, prorektor Babək Məmmədov, Təlimə Dəstək Mərkəzinin müdir müavini Zaur Balaqadaşov, İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, universitetin professor-müəllim heyəti və startapçı gənclər iştirak ediblər.

BŞTİ müdiri M.Vəliyeva bildirib ki, yeni dünya bugünün şagirdlərindən öyrənmək bacarığı, komandada işləmək vərdişləri, kreativlik, təşəbbüskarlıq və liderlik keyfiyyətləri tələb edir. XXI əsr bacarıqlarının aşılanması, uşaqlara eyni müstəvidə düşünmək imkanının yaradılması, həmçinin məktəblilərin innovativ təşəbbüslərinin dəstəklənməsi, onların yaradıcı ideyalarının reallaşdırılması üçün münbit şəraitin yaradılmasına xidmət edən startapçılıq hərəkatının başlanılması üçün səylərin birləşdirilməsi olduqca əhəmiyyətlidir. Elmi tədqiqatın və öyrənmənin sərhədsiz olduğu indiki dövrdə startap layihələrini özünü reallaşdırmağın ən optimal yolu kimi dəyərləndirən İdarə müdiri bu sahədə əməkdaşlığa verdiyi dəstəyə, öz qapılarını şagirdlərin üzünə açdığına görə BANM rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

M.Vəliyeva startapçı məktəblilərə stimul üçün tələbə-şagird birliyinin yaradılmasının, ilkin mərhələdə startap layihələrinin məzmununda elmi-tədqiqat balansının artırılmasının vacibliyini bildirib. Startap layihələri festivalının keçirilməsini hədəfləndiyini söyləyən İdarə müdiri startapçı şagirdlərlə bağlı elektron portalın yaradılmasının vacibliyinə də toxunub.

 BANM-ın rektoru E.Qasımov BŞTİ ilə əməkdaşlıqda və ölkənin qabaqcıl ali məktəblərindən biri olaraq startapçılarla işləməkdə maraqlı olduqlarını bildirib. İstedadlı məktəblilərin dəstəklənməsi, onlara elmi rəhbərliyin edilməsindən məmnunluq duyduqlarını söyləyən rektor birgə əməkdalığın uğurlu nəticələr verəcəyinə inandığını deyib.  

Startapçı uşaqların tədqiqatlara cəlb olunması, startap layihələrində elmi rəhbərlərlə birgə işləməyin vacibliyinə toxunan E.Qasımov ali təhsil ocağının laboratoriya və robototexnika mərkəzinin məktəblilərin ixtiyarında olduğunu da diqqətə çatdirib.

Paytaxtdakı 62 nömrəli məktəb-liseyin X sinif şagirdi, BŞTİ-nin ali məktəblərlə birgə həyata keçirdiyi Startap Proqramının rəhbəri Həsən Quliyev özünün startap layihələri, bu sahədəki fəaliyyətindən və müvafiq dünya təcrübələrindən danışıb. Gənc startapçı öz həmyaşıdlarına dəstək göstərməyə hazır olduğunu söyləyib.

Görüşdə paytaxtın ümumi təhsil məktəblərində şagirdlərin startap ideyalarının dəstəklənməsində köməklik göstərilməsi və bu istiqamətdə ali təhsil ocağı ilə birgə görülə biləcək işlərdən danışılıb, BŞTİ ilə BANM-ın gələcək əməkdaşlıq perspektivlərinə dair fəaliyyət barədə fikir mübadiləsi aparılıb.






Starxeber Bizi instagramda izləyin