22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Göygöldə qanunsuz kömür istehsalı ilə bağlı protokol tərtib olunub
Sosial 16.02.2023 176

Göygöl rayonunun Toğanalı, Qax rayonunun Kiçik Alatəmir kəndləri ərazisində, vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Operativ24-ə bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Göygöl rayon Toğanalı kənd sakinləri Məmməd Süleymanov, İsmət Həsənov və Qax rayon Kiçik Alatəmir kənd sakini Əfqan Omarov olduğu müəyyən edilib.

“Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları ləğv edilib”.

Xidmət rəsmisi qeyd edib ki, kustar üsulla kömür hazırlanması ilk növbədə insan sağlamlığına, eləcə də meşə yanğınlarının baş verməsinə, torpağın münbit qatının korlanmasına, atmosferin çirklənməsinə səbəb olur.

“Buna görə də qanunsuz kömür istehsalı ilə məşğul olan vətəndaşları bu kimi hallara yol verməməyə, ictimaiyyəti isə bu işlə məşğul olanlara qarşı barışmaz mövqe nümayiş etdirməyə və belə hallarla rastlaşdıqda ETSN-in “168 Çağrı Mərkəzi”nə məlumat verməyə çağırırıq”.






Starxeber Bizi instagramda izləyin