14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Konfrans Liqası: "Qarabağ" bu gün Belçika klubu ilə qarşılaşacaq
İdman 16.02.2023 369

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirəcək.


"Köhlən atlar" Bakıda Belçika "Gent"ini qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-da başlayacaq. Matçın baş hakimi İsveç Futbol Federasiyasından Məhəmməd Al-Hakim olacaq.

Ağdam təmsilçisi matça ciddi itkilərlə çıxacaq. Qış fasiləsində Kadi Borges və Kvabena Ovusunu satan Azərbaycan çempionunda qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Abbas Hüseynov zədə, digər arxa xətt oyunçusu Kevin Medina isə cəza səbəbindən bugünkü qarşılaşmanı buraxacaqlar. Qonaqlardan isə polşalı müdafiəçi Kamil Pyontkovski ilə serbiyalı hücumçu Darko Lemayiç "Qarabağ"a qarşı oynamayacaq.

Bu oyun Azərbaycan və Belçika təmsilçilərinin avrokuboklarda 11-ci dueli olacaq. İndiyədək baş tutan 10 matçın 4-də Azərbaycan komandaları qələbə qazanıblarsa, 5 dəfə rəqiblər buna nail olublar. Bir qarşılaşma isə heç-heçə yekunlaşıb. Topların nisbətində belçikalıların aşkar üstünlüyü var - 18:9.

"Qarabağ" tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində qüvvəsini sınayacaq. Ağdamlılar ötən mövsüm turnirin bu raundunda Fransa "Marsel"inə uduzaraq (1:3, 0:3) avrokuboklarla vidalaşıb.

UEFA Konfrans Liqası
Pley-off mərhələsi, ilk oyun
16 fevral

21:45. "Qarabağ" (Azərbaycan) - "Gent" (Belçika)
Hakimlər: Məhəmməd Al-Hakim, Fredrik Klayver, Maks Robin Uayld, Boyan Panciç (İsveç)
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində keçiriləcək.






Starxeber Bizi instagramda izləyin