17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
BDU beynəlxalq tədqiqatlar şəbəkəsinə qoşulur
Sosial 15.02.2023 211



Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Avstriyanın paytaxtı Vyana şəhərində keçirilmiş BMT-nin Kosmosdan Dinc Məqsədlərlə İstifadə üzrə Komitəsinin Elm və Texnika Altkomitəsinin (The Scientific and Technical Subcommittee of the United Nations Committee on the Peaceful Uses of Outer Space (COPUOS)) 60-cı sessiyasının işində iştirak edib.  Rektor sessiya çərçivəsində Beynəlxalq Kosmik Hava Təşəbbüsü (International Space Weather Initiative (ISWI)) üzrə proqramın Rəhbər Komitəsinin yığıncağında da iştirak edib. 
Tədbirlərin məqsədlərindən biri də müxtəlif ölkələrdə uyğun sahədə elmi-tədqiqat cihaz və alətlərinin yerləşdirilməsi, kadr hazırlığı üzrə birgə beynəlxalq səylərin davam etdirilməsidir. BDU-nun rektoru Azərbaycanda adıçəkilən sahələr üzrə elmi-tədqiqat işlərinin aparılması və kadr hazırlığının həyata keçirilməsi istiqamətində potensial əməkdaşlıq imkanları barədə “Azərbaycanda kosmik hava tədqiqatları” adlı, həmçinin 2022-ci il 31 oktyabr – 4 noyabr tarixlərində BMT-nin Xarici Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) və BDU-nun birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilmiş “United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere” beynəlxalq tədbirinin nəticələrinə və tövsiyələrinə dair məruzələrlə çıxış edib. Qeyd olunmalıdır ki, bu birgə tədbir haqqında altı səhifəlik hesabat BMT Baş Assambleyasına təqdim olunub və 2022-ci il 22 noyabr tarixində yayılıb. 
Rektor səfər zamanı Beynəlxalq Nəzəri Fizika Mərkəzi (The Abdus Salam International Centre for Theoretical Physics (İCTP), İtaly) ilə əlaqələr və gənc kadr hazırlığı məsələləri, həmçinin BDU-da yaradılmış Mükəmməllik Mərkəzinin Astrokosmik və atmosfer tədqiqatları laboratiyasında müxtəlif istiqamətli elmi və tədris təyinatlı cihazların yerləşdirilməsi və müvafiq tədqiqat şəbəkələrinə qoşulma haqqında müzakirələr də aparıb. 2023-cü ildə Bakıda keçiriləcək İAC-2023 Beynəlxalq Astronavtika Konqresi haqqında suallar da cavablandırılıb.






Starxeber Bizi instagramda izləyin