22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Amerikalı seysmoloq Tobin: Türkiyədəkizəlzələlər görünməmiş hadisədir
Sosial 14.02.2023 240

Vaşinqton Universitetinin Yer Elmləri Departamentinin professoru və Sakit Okean Şimal-Qərb Seysmik Şəbəkəsinin direktoru Harold Tobin mərkəzi Kahramanmaraş olan zəlzələlərlə bağlı diqqət çəkən açıqlamalar verib.


“24 saatdan az müddətdə iki belə böyük zəlzələ medyana gəlməsi demək olar ki, görünməmiş hadisədir. Biz seysmoloji cihazlarınixtirasından bəri belə bir hadisə görməmişik”, – deyən Tobin mərkəzi Kahramanmaraş olan və 10 şəhərdə də baş verənzəlzələlərin miqyası və strukturundan bəhs edib.

Uşaqlığının 5 ilini Osmanlı ilə bağlı araşdırmalar edən atasının doktorluq dissertasiyası müdafiə etdiyi müddətdə İstanbul və Ankarada keçirdiyini söyləyən amerikalı seysmoloq üzərində çalışdığı sahələrdən birinin də Anadolu qırılma xətti olduğunu bildirib.

O, Türkiyənin zəlzələyə ən çox meyilli ölkələrdən biri olduğunu, mərkəzi Kahramanmaraş olan zəlzələlərin həqiqətən də çox böyük olduğuna diqqət çəkib.

“Bunlar təkcə Türkiyədə son illərdə yaşadığımız ən böyük zəlzələ deyil, həm də dünyada son yüz il və ya daha uzun müddətdiryaşayış məntəqələrində baş verən ən böyük zəlzələdir.

7,7 bal gücündə baş verən ilk zəlzələ illərdir məlum qırılma xəttində meydana gəlib. Bu bölgədə zəlzələlər gözlənilirdi, lakin zəlzələnin gücü proqnozlaşdırılandan da böyük olub. Tarixdə Şərqi Anadolu qırılma xəttində bu qədər böyük bir zəlzələnin baş verdiyini düşünmürəm. Bu qədər böyük zəlzələ qırılma xəttində çox böyük bir əraziyə yayıldı. Təbii ki, biz qırılma xəttində digər bölgələrə də təsir edən afterşokların şahidi oluruq, lakin 9 saat sonra 7,6 bal gücündə baş verən zəlzələ bu xəttlə bağlıdır, amma tamam başqa xətt üzrədir. Bu xətt də əvvəldən məlum idi, lakin bu qədər böyük zəlzələlər olacağı məlum deyildi. Bu iki xəttin bir araya gəlməsi təssüf ki, dəhşətli bir faciədir. Birinci zəlzələ çoxlu dağıntılara səbəb olub, ikincisi isə artıq zədələnmiş əraziləri silkələyib. Bu, axtarış-xilasetmə qrupları və ərazidəki insanlar üçün həqiqətən çətin vəziyyətdir”, – deyə Tobin qeyd edib.






Starxeber Bizi instagramda izləyin