22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Abşeron Rayon İcra Hakimiyyəti kiminsə parçalanmasını gözləyir
Sosial 12.02.2023 260

Abşeron Rayon İcra Hakimiyyəti əvvəlki illərdə olduğu kimi vəzifə funksiyalarını yerinə yetirmirlər. İsti kabinet, xidməti avtomobil və xalqa etinasız xidmət, eyni zamanda məsuliyyətsiz yanaşma...


İcra Hakimiyyəti vəzifə öhdəliklərinin "başını buraxdığı" kimi, sahibsiz itlərin də "başını buraxıb". 

Bu dəfə şikayət jurnalist Daşqın Əzizdən gəldi. Xırdalan şəhəri 2 nömrəli məktəb yaxınlığında onlarla sahibsiz it insanlara hücum çəkir, məktəblilərin gününü "qara" edib, amma buna bir müdaxilə edən yoxdur. 

Daşqın Əzizin sosial şəbəkələrdə yazdığı status: 
”Abşeron Rayon İcra Hakimiyyəti, neçə dəfə yazaq, şikayətlənək ki, buna bir əncam çəkilsin?

Vallah, bu sahibsiz itlər bir neçə nəfəri öldürəcək. Ondan sonra məsələ ölkədə şok effekti yaradacaq və məcburən qollarınızı çırmalayacaqsınız. Düzdür, bu yaxınlarda Tovuzda yaşlı qadını parçalayıb, o dünyanlıq etdilər, heç normal ictimailəşdirilmədi də.

Günün günorta çağı sakinlərə hücum çəkirlər. Ən pisi odur ki, azyaşlıların, məktəblilərin üstünə cumurlar. Yazıq uşaq qorxudan bu yaşda travma alsın, ya Allah eləməmiş, faciə yaşansın?!

Qəbulunuza düşmək də bu itlərlə mübarizə aparmaq qədər çətindir. Xırdalan biabırçı vəziyyətdədir".


Dəqiqdir ki, İcra Hakimiyyəti tərəfindən bir tədbir görülmür. Axşam saatlarında sahibsiz itlərn sayı 100-dən çox olur.

Ötən ay Masazır qəsəbəsində sahibsiz itlər bir qadının ölümünə səbəb olmasına rəğmən, bu cür dəhşətli hadisədən Abşeron Rayon İcra Hakimiyyəti yenə də məsələni görməzdən gəlir.

Abşeron RİH-lə əlaqə yaratmağa çalışaq da, mümkün olmadı. Telefonlar susur, aidiyyəti şəxslər qeybə çəkilir.

Məsələdən belə anlamaq olar ki, Abşeron Rayon İcra Hakimiyyəti kiminsə parçalanmasını gözləyir...

Ağa Dadaşzadə 
Operativ24.az






Starxeber Bizi instagramda izləyin