14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Fərid Qayıbov cənub bölgəsindəki dman mərkəzlərini ziyarət edib
İdman 11.02.2023 264

Fevralın 10-11-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizin cənub bölgəsinə səfəri çərçivəsində bir sıra idman mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb. Yardımlı Olimpiya İdman Kompleksinin mövcud vəziyyəti ilə tanış olan nazir buradakı şərait və idman bölmələrinin təşkili barədə mütəxəssislərlə fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib. İdmançıların məşq prosesini izləyən Fərid Qayıbov onlarla söhbət edib. Masallı şəhərində ağır atletika zalına və rayonun Boradigah qəsəbəsində idman zalına da baxış olub. Fərid Qayıbov Boradigah idman zalının mövcud şəraiti ilə maraqlanıb, idmançılarla söhbət edib.


Fevralın 11-də nazir Fərid Qayıbov Lerik Rayonu İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovla birlikdə Lerik şəhər stadionuna baxış keçirib. Gələcəkdə stadionun şəraitinin yaxşılaşdırılması barədə fikir mübadiləsi aparılıb. 

Sonra nazir Fərid Qayıbov rayonun Piran kəndində ağır atletika zalının fəaliyyəti ilə maraqlanıb. Burada nazir müavini Mariana Vasileva, rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, millət vəkili İqbal Məmmədov, eləcə də Gənclər və İdman Nazirliyinin və Azərbaycan Ağır Atletika Federasiyasının nümayəndələri ilə birlikdə müzakirə aparıb, uşaqların məşqini izləyib.






Starxeber Bizi instagramda izləyin