14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
“Sponsorun gələn kimi nəticə tələb etməsi düzgün deyil” - Ehtiram Quliyev
İdman 11.02.2023 127

Türkiyədə baş verən faciə hər birimizi sarsıtdı. Cənab Prezidentimizin çağırışdan sonra biz də “Huner Group” olaraq bu yardım kampaniyasına qoşulduq. Türkiəyli qardaşlarımızın yaralarının sağalması üçün əlimizdən gələni edirik. Acılı günlər olsa da, işlərimizi də dayandıra bilmərik. Bu gün “Turan Tovuz”la “Huner Group” arasında sponsorluq müqaviləsinin imzalanması çox sevindirici haldır”.


Operativ24 saytının məlumatına görə, bu sözləri bu gün “Turan Tovuz”la sponsorluq müqaviləsi imzalayan “Huner Group”un təsisçisi və direktoru Ehtiram Quliyev deyib.

O qeyd edib ki, danışıqlar müddətində bəzi sualları olub: “Turan Tovuz”da çox gözəl şərait yaradılıb. 9 illik fasilədə komanda I divizonda çempion olsa da, maliyyə problemlərinə görə Premyer Liqaya yüksələ bilməyib. Qismət bu mövsümə imiş. Yaydan Futbolun İnkişaf Fondu ilə danışıqlar aparırdıq. Tərəddüdlərimiz, suallarımız vardı, həm idarəçilik, həm də şəffaflıq baxımından. Sağ olsunlar ki, hər bir sualımızı cavablandırdılar. Bura bu gün yığışmağımızda əsas rol Futbolun İnkişaf Fondunundur. İqtisadiyyatımız güclənir, şaxələnir. Amma 1992-ci ildə belə deyildi. Hənin çətin dövrdə komandaya dəstək olan şəxslər qəhrəmanlıq göstəriblər. Vidadi Əhmədov başda olmaqla. Onların adları “Turan”ın tarixinə qızıl hərflərlə yazılıb, biz bütüb bunları heç vaxt unutmayacağıq”.

E.Quliyev bildirib ki, sponsorun gələn kimi klubdan nəticə tələb etməsi düzgün deyil: “Təkcə əsas komanda deyil, uşaq futboluna da diqqət ayıracağıq. Sponsor gələn kimi nailiyyət əldə olunmur. Bu, gələcəyin işidir. Bu gün yatırım edirik ki, faydasını 5-10 il sonra görə bilək. Futbol nailiyyəti olsa, nə gözəl. Amma uğursuz olsa belə, bu, bizi ruhdan sala bilməz. “Turan Tovuz” hətta I Diviziona düşsə belə, sponsorluğumuzu davam etdirəcəyik”.

Şirkət rəhbəri qeyd edib ki, sponsorluq müqaviləsindən sonra “Huner Group”un da “Turan Tovuz”un İdarə Heyətində təmsilçiləri olacaq: “İdarə Heyətində 2 üzvümüz təmsil olunacaq. Bu təklif klubdan gəldi, biz də qəbul etdik. Özümüz də, könlümüz də, ruhumuz da “Turan Tovuz”un yanındadır”.

Ehtiram Quliyev digər iş adamlarına da sponsorluqla bağlı çağırış edib: “Sponsorluq məcburi ola bilməz. Amma mən digər bölgələrdən olan iş adamlarına da səslənirəm. Onlar da əllərini daşın altına qoymalıdırlar”.

O, sponsorluqla bağlı AFFA-nın da fikrini öyrəndiklərini bildirib: “Bu gün burda AFFA-dan heç kim təmsil olunmasa da, onlar bəlkə də gözəgörünməyən qəhrəmanlardır. Təbii ki, danışıqlar zamanı onlarla da söhbətimiz oldu, fikirlərini öyrəndik. Bugünkü gündə futbolumuzda aparılan işlər bizim üçün də maraqlıdır və buna görə də sponsorluqla bağlı təklifi qəbul etdik. Tovuzlu olmasaydım belə, “Turan Tovuz”a sponsorluq edərdik. Burada “Turan” adı var. Bu, təkcə ad deyil, vizyondur. “Turan” adı altında birləşməmək mümkün deyil. Əvvəllər öncəliyimiz “Qarabağ” idi, cənab Prezidentimizin sayəsində o məsələni həll etdik. İndi öncəliyimiz “Turan”dır”.






Starxeber Bizi instagramda izləyin