15:57 Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi  |     15:18 Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: "Xəstə uşağım var" adı ilə vətəndaşları belə aldadır- ŞOK FAKTLAR  |     18:08 Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib  |     16:51 "Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən rayonunun sakinləri olub  |     16:49 Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər  |     16:47 Kaspersky Azərbaycanda uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqləri açıqlayıb  |     16:44 Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib  |     16:39 Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK  |     16:58 “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib  |     12:50 Azərsu xırda borclar görə insanları susuz qoyub - ŞİKAYƏT  |     19:34 Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən  |     17:02 Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda  |     16:29 Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  |     15:19 "BTQ" dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir  |     14:28 Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi - Birgi  |     13:05 "Sabah"ın kapitanı gecə həyatına başladı - Murad Musayev hansı tədbir görəcək? - ŞOK  |     12:48 Tom Odell Bakıda ilk dəfə konsert verəcək  |     14:34 Sıla Bakıda konsert verəcək  |     13:04 Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək  |     13:03 Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib  |    
Ombudsman Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumunda çıxış edib
Sosial 8.02.2023 159

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Beynəlxalq Qadın və Sosial Sahibkarlığın İnkişafı Mərkəzi (WEIA), MediaOST və  Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq Qadın Sosial Sahibkarlıq Forumunda çıxış edib.
Ombudsman  çıxışında bərabərlik və azad sahibkarlıq hüquqlarının Konstitusiyamızda  təsbit olunduğunu qeyd edərək, ölkəmizdə kişi və qadın sahibkarlar üçün bərabər imkanların yaradılması istiqamətində mütəmadi olaraq tədbirlərin görüldüyünü bildirib. S. Əliyeva qadınlar arasında sahibkarlığın inkişafı və onların məşğulluq imkanlarının artırılması üçün qanunvericiliyin təkmilləşdirilməsi,  dövlət proqramları, milli fəaliyyət və tədbirlər planları, habelə strategiyalarda bu məsələnin nəzərə alınması kimi zəruri addımların atıldığını diqqətə çatdırıb.  
Müvəkkil sahibkarların, o cümlədən sahibkar qadınların hüquqlarının müdafiəsini və təşviqini  daim diqqət mərkəzində saxladığını qeyd edib. S.Əliyeva təsisatın bu sahədə fəaliyyətindən danışarkən bildirib ki, biznes strukturlarının korporativ məsuliyyətinin artırılması, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər  həyata keçirilməkdədir.
Bunda əlavə, qadın sahibkarların bilik və bacarıqlarının, iqtisadi fəallıqlarının artırılması istiqamətində təkliflər irəli sürüldüyü tədbir iştirakçılarının diqqətinə çatdırılıb.






Starxeber Bizi instagramda izləyin