15:57 Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi  |     15:18 Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: "Xəstə uşağım var" adı ilə vətəndaşları belə aldadır- ŞOK FAKTLAR  |     18:08 Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib  |     16:51 "Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən rayonunun sakinləri olub  |     16:49 Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər  |     16:47 Kaspersky Azərbaycanda uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqləri açıqlayıb  |     16:44 Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib  |     16:39 Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK  |     16:58 “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib  |     12:50 Azərsu xırda borclar görə insanları susuz qoyub - ŞİKAYƏT  |     19:34 Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən  |     17:02 Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda  |     16:29 Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  |     15:19 "BTQ" dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir  |     14:28 Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi - Birgi  |     13:05 "Sabah"ın kapitanı gecə həyatına başladı - Murad Musayev hansı tədbir görəcək? - ŞOK  |     12:48 Tom Odell Bakıda ilk dəfə konsert verəcək  |     14:34 Sıla Bakıda konsert verəcək  |     13:04 Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək  |     13:03 Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib  |    
İlham Rəhimovdan körpə Bünyaminə jest
Sosial 5.02.2023 128

 

İlham Rəhimovdan körpə Bünyaminə jest
Yardımsevər, könlü, əli açıq olmaq ilahi lütfdür, deyirlər. 

Belə insanlar üçün ən böyük missiya, ən böyük amal insanlığa xidmətdir. Gördükləri hər iş, tutduqları hər əməl bu görəvə, bu ada sədaqət, bu amac üçün mübarizədir.

Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademiki, “Şöhrət” ordenli professor İlham Rəhimov kimi…

Əslində onu hər kəs tanıyır. Təkcə doğma məmləkətində deyil, dünyanın bir çox ölkəsində adı sayğı, hörmətlə anılır. Uğurlu insan, bacarıqlı iş adamı, nüfuzlu ziyalı, peşəkar hüquqşünas, Azərbaycanın ictimai həyatında böyük xidmətləri olan vətənpərvər kimi sonsuz sevgi qazanıb.

Amma o, həm də görünməyən, özünün göstərmək istəmədiyi xeyirxahlığı, yardımsevərliyi ilə də məşhurdur.

Vətən Müharibəsi zamanı ön cəbhəyə yardımı, elinə-yurduna bağlı insan kimi fəaliyyəti, şəhid Elşad Məmmədovun övladlarını himayəsinə götürməsi onun vətənpərvərliyi və xeyirxahlığının göstəricisi idi.
Bunlar mətbuatın, bizlərin ara-sıra yazdıqlarımızdan bəlli olanlarıdır. Bəlli olmayan, yazılmasını özünün istəmədiyi o qədər çox məqamlar var ki…

Sonuncunu isə yazmaya bilməzdik...

Çünki İlham müəllim yaşamaq üçün inadla mübarizə aparan daha bir körpənin nicatı oldu. Bu dəfə dara düşən həmkarımızdan birinin – jurnalist Türkan Məmmədlinin vaxtından tez doğulan körpəsi, balaca Bünyamin idi.

Həkimlər körpənin erkən doğulması səbəbindən çoxsaylı tibbi müdaxilələr, ard-arda gələn sağlıq sorumlarını sadaladılar. 

Ən əsası gözlənilməz və təcili olan iki əməliyyat qaçılmaz idi. Kiçik vücudu ilə həyata, yaşamağa israrla tutunan, qətiyyətli, inadcıl balacanın böyük dəstəyə, himayəyə ehtiyacı vardı. 

Himayədar olmaq missiyasını növbəti dəfə İlham müəllim üzərinə götürdü.

Müalicə xərclərini qaşılamaqda çarəsiz olan ailənin xəbəri olmadan həkim heyətini Bünyamin üçün səfərbər elədi.

Şükürlər olsun ki, bütün cəhdlər, çabalar mükəmməl sonuclandı. Bir neçə saat çəkən əməliyyatlar uğurla bitdi. Hazırda Bünyamin də, ailəsi də məhz bu himayənin sonucu olaraq sabaha daha ümidli və məmnundur.

Biz isə neçə-neçə həmkarımızın övladlarının səhhəti, sağlığı, təhsili, inkişafı, onların Azərbaycan adına uğurlu işlər görməsi, layiqli vətəndaş kimi ölkəmizi hər yerdə yüksək səviyyədə təmsil etməsi, intellektli, modern dünya gənci kimi yetişməsində təmənnasız yardım edən İlham müəllimə böyük minnətdarlıq duyaraq xeyirxah əməllərin gözəl örnəyi kimi bunu paylaşmağı özümüzə borc bilirik.  

Əminik ki, İlham müəllimin simasında Azərbaycanın ən gözəl gələnəyi olan bu yardımsevərlik, xeyirxahlıq uğurlu örnək, böyük nümunə olacaq.






Starxeber Bizi instagramda izləyin