15:57 Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi  |     15:18 Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: "Xəstə uşağım var" adı ilə vətəndaşları belə aldadır- ŞOK FAKTLAR  |     18:08 Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib  |     16:51 "Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən rayonunun sakinləri olub  |     16:49 Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər  |     16:47 Kaspersky Azərbaycanda uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqləri açıqlayıb  |     16:44 Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib  |     16:39 Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK  |     16:58 “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib  |     12:50 Azərsu xırda borclar görə insanları susuz qoyub - ŞİKAYƏT  |     19:34 Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən  |     17:02 Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda  |     16:29 Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  |     15:19 "BTQ" dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir  |     14:28 Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi - Birgi  |     13:05 "Sabah"ın kapitanı gecə həyatına başladı - Murad Musayev hansı tədbir görəcək? - ŞOK  |     12:48 Tom Odell Bakıda ilk dəfə konsert verəcək  |     14:34 Sıla Bakıda konsert verəcək  |     13:04 Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək  |     13:03 Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib  |    
Azərbaycanda ötən il 7 min fermer təlimə cəlb olunub
Sosial 31.01.2023 156

2022-ci ildə Azərbaycanda 7 min fermeri əhatə edən 487 təlim formatlı tədbir keçirilib.


Operativ24 xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Kənd Təsərrüfatı Nazirliyinin birgə fəaliyyəti çərçivəsində Bakıda keçirilən Azərbaycanda Aqrar Məsləhət Xidmətləri üzrə Milli Forumda nazirliyin Aqrar Xidmətlər Agentliyinin sədr müavini Anar Əzimov bildirib.

"Ölkədə həyata keçirilən geniş informasiya kampaniyası - fermerlərin məlumatlandırılması, bilik və bacarıqlarının artırılması daha keyfiyyətli məhsulların istehsalına səbəb olur. Dövlət-özəl tərəfdaşlığı, özəl şirkətlərin və beynəlxalq qurumların bu prosesdə iştirakı çox əhəmiyyətlidir. Müxtəlif iştirakçılar arasında koordinasiyanın olması çox vacibdir və Aqrar Xidmətlər Agentliyi bunu təmin edir. İnformasiya-məsləhət xidmətinin gələcəyi qlobal çağırışlara necə cavab verməyindən aslıdır. Bütün informasiya məsləhət xidməti verən tərəflər özlərini problemlərin həllinə yönəltməlidirlər. Hər hansı ehtiyaclara uyğun məlumatların təmin edilməsi yanaşması vacib məqamdır", - deyə o qeyd edib.

Xatırladaq ki, bugünki forum FAO-nun təşkilati və Aİ-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” layihəsinin yekunlarına həsr olunub. Layihə çərçivəsində Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi üzrə dövlət siyasətinə dəstək, beşillik strategiya, pilot seçilmiş Quba-Xaçmaz və Gəncə-Qazax regionları üzrə üçillik proqramlar, hüquqi bazanın yaradılması, regionların aqrar xəritələşməsi və digər sahələr üzrə fəaliyyət həyata keçirib. Bununla yanaşı, yeni aqrar məsləhət xidməti modeli çərçivəsində bu xidməti əlçatan edən əmtəə əsaslı məsləhət platformaları təşkil olunub. Layihə çərçivəsində Aqrar Təlim Mərkəzinin və Regional Təlim Mərkəzlərinin əməkdaşlarına təlimlər keçirilib, fermerlərə məsləhət xidmətləri göstərilib, onlar müasir avadanlıq və suvarma sistemləri ilə təmin olunub. Layihə iki strateji hissədən ibarətdir. Birinci hissə Azərbaycanda cari və gələcək tələblərə cavab verən inkişaf etmiş aqrar məsləhət xidmətləri üçün bünövrə qoyur. Layihə çərçivəsində Azərbaycandakı mvcud aqrar məsləhət xidməti sistemi qiymətləndirilir. Bütün regionlar üçün aqro-ərzaq sektor və kənd təsərrüfatı xidmətlərinin xəritələşdirilməsi həyata keçirilir. Azərbaycanda və digər ölkələrdə mövcud olan aqrar məsləhət xidmətləri modellərinin qabaqcıl təcrübələrini öyrənilir. Azərbaycana uyğun aqrar məsləhət xidməti sistemi modeli hazırlanır və bu model 2 pilot regionda sınaqdan keçirilir. Azərbaycanda dayanıqlı aqrar məsləhət xidməti sisteminin beşillik strategiya və fəaliyyət planı hazırlanır. Hər pilot bölgə üçün aqrar məsləhət xidmətinin üçillik regional proqramı hazırlanır. 






Starxeber Bizi instagramda izləyin