22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Kürdəmirdə nar şirəsi istehsalı üzrə mini zavod istifadəyə verilib
Sosial 17.12.2022 234

“Avropa İttifaqı Azərbaycanda narçılığın inkişafına dəstək verir”.


Operativ24.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Boşkov Kürdəmir rayonunun Muğanlı kəndində nar şirəsi istehsalı üzrə minizavodun açılışında deyib.

Açılış mərasimində Aİ-nin Azərbaycandakı ofisinin nümayəndələri, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Elşən Cəbrayılov Kürdəmir Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, Fərhad Qaraşov Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri və STEP layihəsinin meneceri Səbuhi Həsənov qonaqları qarşılayıb.

Bildirilib ki, “Avropa İttifaqı İşgüzar fəaliyyət naminə” (EU4Business) layihəsinin bir hissəsi olaraq 2020-ci ilin avqustundan 2022-ci ilin oktyabrınadək davam etmiş “Narçılıq dəyər zəncirində üstün keyfiyyətin əldə edilməsi və dəyişikliklərə dəstək” (STEP) layihəsinin bağlanış mərasimi Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) tərəfindən təşkil edilmişdir.

Azərbaycanın 7 rayonunda - Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Saatlı, Sabirabad və Ucar rayonlarında 2 000-dən çox nar istehsalçısı Avropa İttifaqının maliyyə dəstəyindən bəhrələnmişdir. Nar istehsalçılarının məhsuldarlıq göstəricisi 25-35% artmış, Mini zavodun işə salınması ilə yerli istehsalçılar əlavə bazar satışı vasitəsilə təsərüfatlarını genişləndirmək üçün istehsal həcminin artmasından faydalanacaqlar.

Avropa İttifaqının maliyyələşdirdiyi, standartlara uyğunluq sertifikat almış və ortaq müəssisə kimi fəaliyyət göstərən mini zavodun yaratdığı əlavə dəyər yerli nar istehsalçılarına məhsullarının emalı və satışına dəstək olmaq məqsədi daşıyır. Layihənin əsas məqsədi yerli istehsalçıları xarici bazarlara çıxarmaqdır.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov deyib ki, bu nar zavodu istehsalçıların fəaliyyətində böyük fayda verəcək. Bununla bağlı təşkilatçılara təşəkkür edirəm.

Zavodun texnoloqu qonaqlara və yerli KİV nümayəndələrinə nar şirəsinin hazırlanma prosesi barədə məlumat verib. Zavodda heç bir qatqısı olmadan təbii yolla hazırlanan nar şirəsinin dadına baxıb.






Starxeber Bizi instagramda izləyin