17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu keçirilib
Sosial 5.12.2022 193

Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2022” çərçivəsində “Azərbaycan Könüllülərinin V Həmrəylik Forumu” keçirilib. Bakı Konqres Mərkəzində keçirilən Forum ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi ilə başlayıb. Sərgi zamanı təşkilatların fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub.

5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə keçirilən Forumun rəsmi açılış hissəsində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Bir sıra dövlət qurumlarının rəhbər şəxslərinin iştirak etdiyi Forumda gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib, könüllülərə fəaliyyətlərində uğurlar arzulayıb. 

Sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTI) sədri Yusif Vəliyev tədbir iştirakçılarına AKTİ-nin fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edək ki, həyata keçirilən fəaliyyətlərdə 500-ə yaxın layihədə on minlərlə gənc iştirak edib. Bu fəaliyyətlər ölkənin 65 şəhər və rayonunu əhatə edib. Daha sonra, müxtəlif sahələrdə könüllülərin fəaliyyətini əks etdirən video hesabatlar və “Azərbaycan Könüllüləri 2022-ci ildə” adlı hesabat jurnalı təqdim olunub.

Tədbir çərçivəsində il ərzində fəallığı və təşəbbüskarlığı ilə fərqlənmiş gənc könüllülər “İlin Könüllüsü” mükafatı ilə təltif olunub. Mükafatlandırılan könüllülərin çıxışları ilə davam edən tədbirin yekununda Azərbaycan könüllüləri adından cənab Prezident İlham Əliyevə müraciət ünvanlanıb. Həmçinin BMT Könüllüləri proqramının rəhbəri Toily Kurbanovun videomüraciəti olub, sonra isə Azərbaycan Könüllülərinin TEDx formatında çıxışları və “Xurşidbanu Natəvan” pyesi əsasında hazırlanan tamaşa nümayiş etdirilib.






Starxeber Bizi instagramda izləyin