17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
"Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti" adlı tədbir keçirilib
Sosial 2.12.2022 217

Məişət zorakılığı bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da geniş yayılmış problemdir. Təəssüf ki, bu gün bir çox ailələrdə məişət zorakılığı özünü müxtəlif formalarda büruzə verir. Bəzi ailələrdə fiziki, cinsi şiddət, bəzilərində isə psixoloji təzyiq və təcridedilmə kimi özünü göstərir. Aparılan tədqiqatlara əsasən, məişət zorakılığı qurbanlarının 95%-ni qadınlar təşkil edir. Məhz bu səbəbdən bir çox hallarda məişət zorakılığı probleminə gender aspektindən yanaşılır. Əslində bu, yalnız qadınlara aid deyil və bu üzdən tam gender əsaslı sayıla bilməz. Çünki məişət zorakılığının qurbanları sırasında nikah və ya digər cinsi münasibətdə olanlarla yanaşı, valideynlər, uşaqlar və ailə daxilində yaşayan digər şəxslər də var. Məişət zorakılığı və ya ailədə olan zorakılıq halları yalnız bir ailənin deyil, cəmiyyətin təhlükəsizliyinin əsasları üçün təhdiddir. Dekabrın 1-i “Liatris Holding”in təşkilatçılığı, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatının dəstəyi ilə baş tutan "Narkomaniya və məişət zorakılığına qarşı mübarizədə vətəndaş məsuliyyəti" adlı tədbirdə məhz bu problemlər - cəmiyyətin təhlükəsizliyini təhdid edən narkomaniya və məişət zorakılığını doğuran səbəblər və onların aradan qaldırılması istiqamətində atılmalı olan addımlar müzakirə edilib. Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil, Səhiyyə, Gənclər və İdman Nazirliyinin nümayəndələri, Milli Məclisin üzvləri, QHT rəhbərləri, media nümayəndələri və ekspertlər iştirak edib.






Starxeber Bizi instagramda izləyin