17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Ombudsmanın yeni nəfəsi
Siyasət 30.11.2022 427

2022-ci il tarixində Azərbaycan Ombudsmanının 20 yaşı tamam olur. 2002-ci ildə yaranan qurum, ölkəmizdə insan hüquqlarını maksimum dərəcədə müdafiə etməyə çalışır. Bu qurumun yaranmasından sonra minlərlə problem aradan qalxdı, on minlərlə şikayətə baxıldı, eyni sayda problemlər öz həllini tapdı. 20 il ərzində Azərbaycan ombudsmanı beynəlxalq arenada böyük nüfuza sahib olmağı bacardı. İnsan hüquqlarını qorumaq, ən çətin, ən məsuliyyətli vəzifələrdən biridir. Hüquq müdafiəçisi olmaq böyük zəhmət, ağıl, İradə və adminstrativ bacarıqlar tələb.


Mən Ombudsman aparatının yeni nəfəsindən, görülən son işlərdən danışmaq istəyirəm. 2019-cu ilin 30 noyabrında Səbinə Əliyeva Azərbaycanın  İnsan Hüquqları üzrə Müvəkkili təyin edildi. Əslindən Səbinə xanım və rəhbəri olduğu qurum, həmin ildən etibarən ən ağır dönəmlərə qədəm qoydular. Dünyada baş verən "Covid19" və paralel olaraq 44 günlük vətən müharibəsi dövrünə təsadüf etdi. Sabinə Əliyeva və kollektivi bu çətin dönəmləri peşəkarcasına adladı.

Ombudsman aparatının Qərb Regional Mərkəzi,
Şimal-Qərb Regional,
Şimal Regional və Cənub Regional mərkəzləri bölgələrdə olduqca mühüm işlər görürlər. Regionlardaki 
aşkar vəziyyət hər kəsə məlumdur. Erkən nikahlar, qadınlara qarşı zorakılıq, uşaqların təhsildən yayınması kimi xəbərləri görürük, eyni zamanda eşidirik. Lakın Ombudsman aparatının regional mərkəzləri bu sayaq problemlərin aradan qaldırılması istiqamətində çalışır, böyük nailiyyətlər əldə edirlər. Sirr deyil ki, bu problemlər ictimaiyyətə çatdıqca daha tez həllini tapır. Amma sadə vətəndaşların görmədiyi, hətta bəzi hallarda mətbuatın belə görmədiyi problemi Ombudsman aparatı özü həll edir. Məqsəd budur ki, aidiyyəti sahə üzrə problem qalmasın.

 Ombudsman Səbinə Əliyeva 44 günlük müharibə ərəfəsində və ondan sonra mümkün olan qədər hadisə baş vermiş yerlərə şəxsən gedərək baxış keçirib, orada baş verən durumla əlaqədar olaraq adekvat tədbirlər görmüşdü. Müharibə zamanı, ondan sonra da Bərdə, Gəncə, Tər-Tər, Ağdam və digər rayonlara, şəhərlərə gedir, orda olan vəziyyətlə tanış olur, yenə də müvafiq tapşırıqlar verir. Ombudsman rəhbəri eyni zamanda öz sahəsi üzrə Azərbaycanın səfiridir. Beynəlxalq konfranslarda etdiyi mükəmməl çıxışlar, Azərbaycanın haqq səsini öz mövqeyi ilə mükəmməl şəkildə çatdırması da böyük hədəflərə işarə edir. Ölkəmizə gələn qonaqların Ombudsman tərəfindən şəhidlər xiyabanına, düşmən terroru nəticəsində həlak olmuş, zərər çəkmiş ərazilərə aparıb, orada onlara yaşanan durumu izah etməsi, bundan sonra həmin qonaqların bu mövzular barəsində öz ölkələrinin nəhəng mətbuat agentliklərində danışması məsələsinin digər uğurudur. Eyni zamanda Azərbaycan xalqının, Ombudsmanının uğurudur.

Ombudsman aparatının xüsusi diqqətlə yanaşdığı sahə Pentensiar Xidmətin müəssələridir. Ombudsman tərəfindən mütəmadi olaraq müəssisələrə baş çəkilir, həyat və ümumi şəraitlə tanış olurlar. Şikayətlər, təkliflər, xahişlər tez bir zamanda həllini tapır. Səbinə Əliyeva qadın cəzaçəkmə müəssisələrinə də xüsusi həssaslıqla yanaşır. Ordakı övladlı dustaqlara tez-tez baş çəkir, hər hansı problem olarsa tez bir zamanda aradan qaldırmağa çalışır.

Səbinə Əliyeva və rəhbəri olduğu qurumun narkomaniyaya qarşı apardığı mübarizə göz önündədir. Səlahiyyətləri çərçivəsində maksimum nəticə əldə etmək istəyən kollektiv bu istiqamətdə mühüm işlər həyata keçirir. Narkomaniyanın cəmiyyətə vurduğu hər bir ziyanı ölçüb-biçən qurum, hüquqi cəhətdən, yenə də öz paylarına düşən işin maksimum səviyyəsinə nail olmağa çalışırlar. 


Ümumiyyətlə bu məqalə 20 ilin çox kiçik bir hissəsidir. Yazdığım yazı peşəkar, dəqiq, həllini tapa bildiyi mövzulardır. Ombudsman aparatının görəcəyi işlər çoxdur. Onlara inanırıq, bu yolda uğurlar arzu edirik. Xalqın inamını doğrudan hörmətli Ombudsman!

Ağa Dadaşzadə






Starxeber Bizi instagramda izləyin