22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Tatarıstanın idman naziri ASAPES-də olub
İdman 28.11.2022 203

Ölkəmizə rəsmi səfərə gələn Tatarıstan Respublikasının idman naziri Vladimir Leonov işgüzar görüşlər çərçivəsində bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ASAPES) olub. Akademiyanın rektoru Fuad Hacıyev qonağı Elmi-tədris laboratoriyası və Multimedia Mərkəzi ilə tanış edərək hər iki mərkəzin fəaliyyət istiqaməti barədə məlumat verib.

Qonaqlar akt zalında Avstriyanın “ComplexCore” təşkilatının icraçı direktoru, ASAPES-in “Bədən tərbiyəsi və idmanda reabilitasiya” bakalavr ixtisasının direktoru Roman Yahoda tərəfindən Akademiyanın bakalavriat səviyyəsinin “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisası üzrə təhsil alan 3-cü tədris ilinin tələbələri üçün təhsil proqramına uyğun seçilmiş “Onurğa reabilitasiyası, müdaxilələr” mövzusunda seminarı da izləyiblər. Roman Yahoda qonaqlara proqramın əsas üstünlükləri ilə bağlı məlumat verərək onun ixtisaslı kadrların hazırlanmasındakı rolundan danışıb.

Rusiya nümayəndə heyətinə ASAPES-in fəaliyyətindən bəhs edən film nümayiş olunduqdan sonra tədbir konfrans zalında davam etdirilib. Akademiyanın rektoru Fuad Hacıyev qonaqlara ASAPES-in hazırkı və gələcək fəaliyyət planları haqqında ətraflı məlumat verib.

Qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri İrek Zinnurov, ASAPES-in prorektorları Almaz Ələkbərova və Rizvan Əliyev, həmçinin “İdman tibbi və reabilitasiya” magistr proqramının koordinatoru Zərifə Kamilova da iştirak edib.






Starxeber Bizi instagramda izləyin