22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
AMADA antidopinq və narkotiklə mübarizəyə həsr olunmuş genişmiqyaslı tədbirlər keçirir
Sosial 28.11.2022 159

AMADA cənub regionunda antidopinq və narkotiklə mübarizəyə həsr olunmuş 700- dən artıq idmançı və məşqçini əhatə edən genişmiqyaslı maarifləndirmə tədbirləri keçirib



Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Dəyərlərə əsaslanan antidopinq maarifləndirmə proqramı” çərçivəsində daha 6 rayonu əhatə edən antidopinq maarifləndirmə tədbirləri həyata keçirib. Bu dəfəki təlimlər Elm və Təhsil Nazirliyi və AMADA-nın birgə təşkilatçılığı ilə Nazirliyin Lənkəran- Astara Regional Təhsil İdarəsinə tabe olan idman məktəblərini, habelə “Təhsil” Respublika İdman Mərkəzinə tabe olan Uşaq Gənclər İdman Şahmat Məktəblərini əhatə edib. Cənub bölgəsinə aid olan Lənkəran, Astara, Masallı, Cəlilabad, Lerik və Yardımlı rayonlarında keçirilən antidopinq təlimləri idmançıların və onların köməkçi heyətinin böyük marağına səbəb olub. Belə ki, tədbirlərdə 11 idman növünü təmsil edən təxminən 700 idmançı, müəllim, məşqçi və idman məktəblərinin rəhbərliyi iştirak edib. 
Təlimlərdə iştirakçılara təməl antidopinq bilikləri – dopinq anlayışı, antidopinq qayda pozuntuları, dopinq testi və təmiz idman dəyərləri haqqında geniş məlumat verilib, bundan bəhs edən videoçarxlar nümayiş etdirilib. Azyaşlı, yeniyetmə və gənc idmançılarla maraqlı interaktiv sorğular və testlər keçirilib. Təlimlərdə xüsusi ilə seçilən idmançılara AMADA tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.
Təlimlər çərçivəsində narkotiklərlə mübarizə mövzusu xüsusi yer tutub. İdmançılara narkotiklərin zərərləri, onun törətdiyi fəsadları haqqında məlumatlar verilib, narkotik və digər zərərli vərdişlərdən uzaq durmaq, sağlam həyat tərzinə malik olmaq üçün idmanın əhəmiyyəti vurğulanıb. 
AMADA “Dəyərlərə əsaslanan antidopinq maarifləndirmə proqramı” çərçivəsində silsilə tədbirlərini davam etdirəcək və təlimlər digər regionları da əhatə edəcək.
Xatırladaq ki, daha əvvəl AMADA Gəncə şəhəri, Yevlax, Şəmkir, Göygöl, və Tovuz rayonlarında antidopinq və narkotiklə mübarizə maarifləndirmə tədbirləri keçirmişdir. Goranboy rayonunda baş tutan analoji tədbir isə regional xarakterli olmuş və maarifləndirmə proqramına bu rayonla yanaşı Gəncə, Mingəçevir, Bərdə, Göygöl və Naftalandan olan idmançı və məşqçilər də iştirak etmişdi.






Starxeber Bizi instagramda izləyin