14:42 Park Cinema-da “Evdə qalmış” filmi nümayiş olunacaq  |     14:30 FAO-nun Türkiyə və Azərbaycandakı Nümayəndəliyinin birgə fəaliyyəti çərçivəsində regional seminar baş tutub  |     23:36 CinemaPlus “Babylon” filmi ilə 20-ci illərə geri döndü - VİDEO - FOTO  |     23:10 Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin bəyanatı  |     12:18 Avropa Parlamentinin qəbul etdiyi qətnamə - dayanıqlı sülhün əldə olunmasına zərbədir  |     16:40 “CinemaPlus”da eksklüziv olaraq “49” türk filmi nümayiş olunacaq  |     18:31 Türkiyədə təhsil almaq istəyən tələbələr imtahan verdi  |     12:15 20 Yanvar 1990-cı ildə Heydər Əliyev xalqımızı birliyə səslədi  |     11:52 Ölkə ərazisində köçəri və oturaq quşların sayğısı aparılır  |     11:42 BŞTİ “Bilim Bakı” mərkəzi ilə əməkdaşlığa başlayır  |     11:36 2022-ci ildə İstanbul Kapalıçarşı 40 milyona yaxın ziyarətçiyə ev sahibliyi etdi  |     11:14 «BTS: YET TO COME IN CINEMAS» FEVRALIN 1-DƏN «Park Cinema» KİNOTEATLARINDA  |     18:09 “Loqos” Psixoloji və Nitq Mərkəzi 2022-ci ili uğurla tamamlayıb  |     23:42 Cavanşir Məmmədovun bloger nəvəsi ilk dəfə üzünü göstərdi - FOTOLAR  |     17:17 “CinemaPlus”da türk cizgi filmi “Rafadan Tayfa Qalaktik Tayfa"  |     17:12 Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Şəki Rayon Psixiatriya Xəstəxanasına başçəkmə keçirilib  |     11:15 Dünya azərbaycanlılarının həmrəyliyi “Böyük Qayıdışı” sürətləndirəcək  |     19:34 Gənclərin Xalq Yaradıcılığı Beynəlxalq Festivalı keçirilib  |     17:53 GİN nümayəndələri 3 saylı uşaq evini ziyarət ediblər  |     17:49 AMADA-nın 20212-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı  |    
Ekologiya və təbii sərvətlər naziri Salyanda vətəndaşları qəbul edib
Sosial 25.11.2022 139


Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, 25 noyabr 2022-ci il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Salyan rayonunda yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. 

Qəbuldan əvvəl nazir və Salyan Rayon İcra Hakimiyyətinin başçısı Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, mineral xammal, işlə təmin olunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.









Starxeber Bizi instagramda izləyin