17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Şəfəq Hüseynli Portuqaliyanın Avropa Şurası Antidopinq Konvensiyasına uyğunluğunun monitorinqində iştirak edib
İdman 25.11.2022 198


Beynəlxalq müstəvidə antidopinq prosesində aktiv iştirak edən Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) bu istiqamətdə öz töhfələrini verməkdə davam edir. AMADA-nın direktoru Şəfəq Hüseynli Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi (ÜADA) ilə birgə keçirdiyi Antidopinq Konvensiyasına uyğunluğun monitorinq edilməsi üçün təyin olunan qiymətləndirmə heyətində təmsil olunub. 

Belə ki, yerli qanunvericiliyin və fəaliyyətin Avropa Şurasının Antidopinq Konvensiyasına uyğunluğunun yoxlanılması çərçivəsində 22-24 noyabr tarixlərində Portuqaliyada monitorinq həyata keçirilib. Qiymətləndirmə heyətində Azərbaycan nümayəndəsi, AMADA-nın direktoru Şəfəq Hüseynli ilə yanaşı Avropa Şurası katibliyinin, ÜADA-nın, habelə Kipr, Fransa, Polşa və Belçika dövlətlərinin nümayəndələri təmsil olunub.

Heyət səfər çərçivəsində bu ölkənin gənclər və idman, ədliyyə polisi, gömrük sahəsindən məsul dövlət qurumları, milli antidopinq təşkilatı, İdman arbitraj məhkəməsi və intizam qurumunda, habelə Olimpiya və Paralimpiya komitələrində, milli idman federasiyalarında görüşlər keçiriblər. İkitərəfli görüşlərdə bu ölkənin qanunvericiliyi, milli antidopinq qurumunun strukturu və fəaliyyəti, dövlət qurumlarının, idman təşkilatlarının fəaliyyəti, dopinqin qarşısının alınması istiqamətində görülən tədbirlər barədə məlumatlar alınıb və müzakirələr aparılıb. Məqsəd bu parametrlər üzrə Portuqaliyanın antidopinq sahəsində qanunvericiliyinin və antidopinq fəaliyyətinin Avropa Şurasının Antidopinq Konvensiyasına uyğunluğunu yoxlamaq olub. Qiymətləndirmənin nəticəsi olaraq hesabat hazırlanaraq Avropa Şurasına təqdim ediləcək. 

Xatırladaq ki, Şəfəq Hüseynli daha əvvəl Niderlandın Avropa Şurasının Antidopinq Konvensiyasına uyğunluğunu qiymətləndirən heyətə rəhbərlik etmiş, habelə Kiprdə analoji missiyada təmsil olunmuşdu. Bu faktlar özü də antidopinq sahəsində beynəlxalq səviyyədə AMADA-ya olan etimadı və onun nüfuzunu göstərir.






Starxeber Bizi instagramda izləyin