22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
BƏHMƏN NƏSİRİ TÜRKİYƏDƏ QIZIL MEDAL QAZANDI
Sosial 21.11.2022 171


Türkiyədə avarçəkmə marafonu təşkil edilib. Adıyaman şəhərində “Commagene Rowing Marathon” adı altında keçirilən turnirdə təşkilatçı ölkə Türkiyə komandası ilə yanaşı Moldova, Malta və Azərbaycan idmançıları iştirak edib. Turnirdə 38 nəfəri qadın olmaqla, ümumilikdə 82 avarçəkən 42 və 21 kilometr məsafədə mübarizə aparıb.

Marafonda ölkəmizi yığma komandamızın üzvləri Ziya Məmmədzadə və Bəhmən Nəsiri təmsil edib. Hər iki idmançımız 1 nəfərlik akademik avarçəkmə qayığında 42 kilometr məsafədə yarışıb. Bəhmən Nəsirinin çıxışı uğurlu alınıb. Nəsiri ən yaxşı nəticə göstərib. Finiş xəttinə 2 saat 42 dəqiqə 18 saniyəyə çatan komandamızın üzvü ikinci sıradakı Moldova təmsilçisini 3 dəqiqə qabaqlayaraq qızıl medala sahib olub. 

 Qeyd edək ki, “Commagene Rowing Marathon” Türkiyədə təşkil edilən ilk avarçəkmə marafonudur.






Starxeber Bizi instagramda izləyin